Narı qiymətli hesab olunan "yaqut daşlı hökmdar" və "ilk yardım həkimi" adlandırırlar. Qədd-qamətli, çox yaraşıqlı və üstəgəl min bir dərdin əlacı hesab olunan bu sehrli giləmeyvə hələ qədim zamanlardan gözəllik və bərəkət rəmzi sayılıb. Daima həyat simvolu hesab olunan bu odlu-alovlu nemət xarici görkəminə görə də digər meyvələrdən yüksəkdə dayanır və seçilir.
Deyirlər ki, bütün meyvələr orqanizmə daxil olanda ürəyə baş əyirlər, narı isə ürək özü sevinclə qəbul edib ona boyun əyir. Bir çox əfsanələrdə və mifologiyalarda özünəməxsus yer tutan nar giləmeyvəsini qadın gözəlliyinə bənzədirlər. Bu dadlı və faydalı təamı nəinki meyvələrin şahı, onu hətta ruhu möhkəmləndirən möcüzəli nemət kimi görürlər.
Çində "həyat ağacı" sayılan narın şirin dənələrindən toy zamanı yeyib yeni ailə quranlara hal-hazırda da xeyir dua verirlər. Yunanıstanda nar ər arvadın sadiqliyinin simvolu olub. Qədim Misirdə isə vəfat edənləri nar giləmeyvəsi ilə dəfn edərlərmiş, bu onların qayıtması ümidini simvolizə edərdi.
Çoxsaylı dənələri ilə bu "taclı" nemətə uzun müddət məhsuldarlıq, bolluq və daimi həyat kimi qiymət verilib.
Azərbaycan əfsanələrində nar sevgi və ehtiras simvolu kimi təqdim olunub. O zamanlar sevgini bildirmək nəzakətli hesab olunmurdu, gənclər qızlara nar gətirməklə öz hisslərini bildirir və sevgilərini təklif edərdilər.
Qüvvətli cavanlıq eliksiri.
Müalicəvi xüsusiyyətlərə malik bu vitamin"bombası" cavanlıq mənbəyi sayılır. Əminliklə söyləyə bilərəm ki, xroniki yorğunluq, başgicəllənmə, əzələ ağrılarının səbəbi orqanizmdə hemoqlabinin azlığıdır, məhz bu mədə hüceyrə toxumalarını oksigenlə təmin edir. Orqanizmdə dəmir çatışmayanda da qanın miqdarı aşağı düşür. Bu kimi problemləri ortadan götürmək üçün rasionumuza nar giləmeyvəsini daxil etmək yetərlidir.
Vitamin deposu sayılan nar tərkibində saysız-hesabsız faydalı və xeyirli maddələr toplayıb:vitamin A, C, B1, B2, dəmir, kalsium, kalium, yod, fosfor, karbohidrat, protein. Antioksidantlarla zəngin bu "super" meyvə insan orqanizminə enerji verir, immunitet sistemini gücləndirir, infeksiyalara qarşı müqaviməti qoruyur və artırır.
Yüksək potensiala malik olan nar qocalma prosesini ləngidir, qan təzyiqini müsbət bir şəkildə nəzarətdə saxlayır.
XƏBƏR LENTİ
Ukrayna neftimizi istəyir
Əzələlər və stress
Tokio yapon mətbəxini öyrənmək istəyənlər üçün viza rejimini sadələşdirə bilər
Həddindən çox su içmək insanı koma vəziyyətinə sala bilər
Sevgidə çətinliklər...
Əzizim əzizdi, tərbiyəsi ondan da əzizdi...
Duzlu kələmlə dadlı şorba (foto-resept)
Enli ətəkli şalvarlar
Qarağatlı piroq (foto resept)
Qiyməli pide (foto resept)
İranın xüsusi nümayəndəsi Qarabağ münaqişəsi ilə əlaqədar Bakı, Moskva, İrəvan və Ankaraya gedəcək
Piylənmə və maddələr mübadiləsi sindromu
2018-in trend aksesuarları
Sitatlarımız - III hissə
ABŞ 2 gizli dosyeni açdı: Koronavirus belə yayıldı – Şok gəlişmə
Göz rənginə görə göz qələmi seçimi
Selena Gomez izləyicilərinə müraciət etdi-FOTO
Hazal Kaya gəlin olacaq-FOTO
“Xətai” stansiyası bağlandı
Ermənilər Ağrı dağ tamahı
Ən yaraşıqlı türk aktyorlar
2020 yay trendləri
İstirahət gününün HAVAsı
Səfərbərlik qaydasında dəyişiklik
Katsudzo Nişinin 6 qaydası - 3
Mərkəzi Aran rayonlarında günvurma problemi
Azərbaycanın caz əfsanəsi
Günün ulduz falı
Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət etdi
Toyota Camry-də yenilik var
ABŞ 600 milyon doza koronavirus peyvəndi istehsal edəcək
Fərqli badımcan turşusu (foto resept)
Bakıda şahmat üzrə dünya kuboku start götürür
Sabahın HAVAsı
Sevən qısqanarmı?!
Bu ərazidə iki gün işıq olmayacaq
Kolumbiya gözəllik kraliçasını seçdi-FOTO
Tramp gözlənilməz əmr - 90 gün ərzində...
Sentyabr ayının qalibləri!
Uşaqlar üçün hazırlandığına inanmayacaqsınız
HAVA necə olacaq?-10 dekabr
Kadirdən Neslihana: "Artıq qayıt"-FOTO
Gənc qalmağın sirləri
Kəs və yapışdır-9
Kiçik biznes qurmağın yolları
Acun keçmiş xanımı ilə toya getdi-FOTO
Android üçün yeni servis olacaq
Avqust ayında sərtləşdirilmiş karantin rejimi ləğv olunacaq - RƏSMİ
Mesut Özildən ulduz xanımına 80 milyonluq hədiyyə-FOTO
Burcu Esmersoy qayınanasını izləmədən çıxartdı-FOTO
- ŞƏRHLƏR