Floridadakı adalarda araşdırmalar aparan alimlər yerli bir kərtənkələ növündə sürətli təkamülləşmə nümunəsi təsbit etdilər. Kubadan gətirilən və arealı işğal edən başqa kərtənkələ növü səbəbilə bu yerli kərtənkələlər cəmi 15 ildə təkamül keçirdilər. Bu işğalçı növlərlə təmasa keçmələrindən sonra, yerli kərtənkələlər nəsillər keçdikcə ağacların daha yüksək hissələrində yaşamağa başladılar. Lakin bu, daha nazik budaqlara uyğun olacaq şəkildə daha güclü bir yapışma (tutma) sahəsi tələb edirdi. Bu kərtənkələlərdə cəmi 15 il ərzində nazik budaqlara daha yumşaq bir şəkildə yapışa biləcək ayaq strukturları təkamülləşdi.
Bu dəyişmə heyrətamiz sürətdə baş verdi: Kubadan gələn kərtənkələlərin həyat sahələrinə daxil edilməsindən yalnız bir neçə ay sonra yerli kərtənkələlər ağacların daha yüksək hissələrinə qaçmağa başladılar. 15 il müddətində (bu onlar üçün 20 nəslə uyğun gəlir), ayaqlarının səthləri daha geniş bir sahəni örtəcək şəkildə təkamülləşdi; beləcə, daha yapışqan vəziyyətə gəldilər.
"Belə bir dəyişmə görəcəyimizi heç təxmin etmirdik. Lakin keçirdikləri təkamül sürəti və ölçüsü həqiqətən təəccüb doğurur. Bu təkamülü anlaya bilməyiniz üçün belə deyə bilərəm: əgər insanların boyu bu kərtənkələlərin ayaqlarının təkamülləşmə sürətində təkamülləşmiş olsaydı, cəmi 20 nəsildə boy orta göstəriciyə əsasən 1.75m-dən 1.93m-ə qalxardı. Başqa deyimlə, məsələn, ABŞ-dakı insanların orta boy ölçüsü hal-hazırda NBA-dəki basketbolçuların boylarına bərabər olardı. Hər nə qədər insanlar kərtənkələlərdən daha artıq yaşamış olsalar da, bu təkamül sürəti yenə də təkamülün normal ortalamasına görə çox yüksəkdir", - Austində yerləşən Texas Universiteti Təbiət Elmləri İnstitutunda işləyən və 24 oktyabr 2014-cü ildə Science jurnalında dərc olunan məqalənin baş müəllifi olan Yoel Stuart qeyd edir.
Araşdırılan yerli kərtənkələ Carolina anoles adıyla tanınan yaşıl anoles kərtənkələsidir. Bu canlılar ABŞ-ın cənub-şərqində yaşayırlar. Ərazini işğal edən, Kuba və Baham adalarından gətirilən növ isə qəhvəyi anoles kərtənkələsidir. Qəhvəyi anoles kərtənkələsi Cənubi Floridada ilk dəfə 1950-ci illərdə görülməyə başladı. Böyük ehtimalla, Kubadan idxal olunan əkinçilik məhsullarıyla gətirildilər. O vaxtdan Floridada sürətlə yayılırlar.
Aparılan son araşdırma, bir-birinə rəqib olan növlər arasında müşahidə edilən, təkamülçü bioloqların "xarakterik köçürülmə" adlandırdıqları bir xüsusiyyətin nadir və zəngin nümunələrindən biridir. Belə vəziyyətdə fərqli ekoloji mühitlərdə üstün hala gəlmək istəyən növlərdə, bir-birlərinə üstün gələ bilmələrini təmin edən fərqli xüsusiyyətlər təkamülləşir. Bunun ən klassik nümunəsi, Darvinin araşdırdığı alacəhrələrdir. Qalapaqos Adalarındakı 2 alacəhrə növündə, fərqli qida mənbələrindən istifadə edə bilmək üçün fərqli dimdik strukturları təkamülləşmişdir.
Tədqiqatçılar yaşıl və qəhvəyi kərtənkələlərin eyni qida mənbələrindən və arealdan istifadə etdikləri səbəbindən yaşıl kərtənkələlərin sürətli təkamülünün stimullaşdırıldığını hesab edirlər.
XƏBƏR LENTİ
COVID-19-u keçirənlər də peyvənd olunmalıdır?
Məşhur model tənqid hədəfi oldu-FOTO
Hava haqqında
Yay fəslinin Azərbaycana gəlma vaxtı açıqlandı
Ön xətdə gərginlik qalır - RƏSMİ
Sabah hava yağmursuz olacaq
Kimlər ev tikə bilməzlər?
2015 yaz-yay dəbi çantalar
İnstaqram və reallıq
Norveçin əsrarəngiz görüntüləri
Elçin yeni seriala çəkilir-FOTO
Ermənistan silahlı qüvvələrinin atəş nöqtələri susdurulur - RƏSMİ
"Facebook"dan daha bir YENİLİK
1 həftəyə 5 kiloqram arıqlayın
Krossvord həlli yaddaş zəifliyini aradan qaldırır
Xaricdən gələnlər 14 gün bunları etməlidir
Günün ulduz falı
Sevgidə edilən ən böyük səhvlər
Ərinizi bu cür məcbur edin ki, siqareti tərgitsin
ATƏT Qarabağdan narahatdır
Kimsəsiz uşaqlara mənzil veriləcək?
2014-cü il “Sənaye ili” elan olundu
Türkiyədə bağlanan universitetlərin SİYAHISI
Elvis Presli sağdır - İDDİA
Super qadınlar üçün super qidalar
Evlər bu il ucuzlaşacaq
Ramazan ayının 23-cü gününün duası
Skype-da daha bir yenilik
İsti ciyər salatı (foto resept)
Ramazan bayramında terror həyəcanı
Bir qadının xoşbəxtliyi üçün 229 kilo... – İnanılmaz fotolar
Altı məhbusun tunel qazaraq qaçdığı həbsxananın işçisi həbs edildi
Türkiyə HHQ qırıcıları üçün orta mənzilli raketlər ala bilər
Payızda yaz havası
Putinin gözlənilən Türkiyə qərarı
Sosial şəbəkələr gənc nəsillərə tənhalıq hissini verir
Güclü dövlətlər Azərbaycanla hesablaşmağa başlayıblar
Ərdoğan Bakıya gəlir
Kənd milyonçular məhləsinə çevrildi
Hamiləlikdə zəhərlənmə
Günün ulduz falı
Payızda sağlam qala bilmək üçün nə etməliyik?
Azərbaycanda tariflər ucuzlaşdı
Limonlu ədviyyat hazırlayaq
İspaniya çempionatının ən yaxşıları açıqlandı
Şəhid əsgərin son mesajı
Bayram yeməklərini zibil qutularından çıxarırlar
Klaç çanta modelləri
Səyahət - Yunanıstan
Saç düzümləri
- ŞƏRHLƏR