Dekabrın 3-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin soyuq, yağıntılı keçəcəyi, sulu qar yağacağı, gecəyə doğru tədricən kəsiləcəyi gözlənilir. Şimal-qərb küləyi 10-15 m/s, səhər 18-23 m/s olacaq, arabir 25-28 m/s-dək güclənəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzerTAc-a verilən məlumata görə, havanın temperaturu gecə və səhər 3°-dək isti, axşama doğru isə 0°-yə yaxın, Bakıda gecə və səhər 3°-dək isti, axşama doğru isə 0°-yə yaxın olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 780 mm civə sütunundan 765 mm civə sütununadək enəcək. Nisbi rütubət 85-95 faiz təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında fasilələrlə yağıntı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi 5-10 m/s, arabir 15-20 m/s olacaq, ayrı-ayrı yerlərdə arabir 23-25 m/s-dək güclənəcək. Temperaturun gecə 0-5° şaxta, gündüz 2-6° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında fasilələrlə yağıntı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Qərb küləyi 5-10 m/s, arabir 15-20 m/s olacaq, ayrı-ayrı yerlərdə arabir 25-28 m/s-dək güclənəcək. Temperaturun gecə 5-10° şaxta, bəzi yerlərdə 15° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında fasilələrlə yağıntı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi 5-10 m/s, arabir 15-20 m/s olacaq, ayrı-ayrı yerlərdə arabir 25-28 m/s-dək güclənəcək. Temperaturun gecə 0-4° isti, gündüz 4-7° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında fasilələrlə yağıntı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Qərb küləyi 5-10 m/s, arabir 15-20 m/s olacaq, ayrı-ayrı yerlərdə arabir 25-28 m/s-dək güclənəcək. Temperaturun gecə 0-5° şaxta, gündüz 2-6° isti, dağlarda gecə 12-17° şaxta, gündüz 2-7° şaxta olacağı gözlənilir.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında fasilələrlə yağıntı olacağı gözlənilir. Qərb küləyi 5-10 m/s, arabir 15-20 m/s olacaq, ayrı-ayrı yerlərdə arabir 25-28 m/s-dək güclənəcək. Temperaturun gecə 1° şaxtadan 3°-dək isti, gündüz 3-8° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında fasilələrlə yağıntı olacağı gözlənilir, dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir. Şimal-şərq küləyi 5-10 m/s, arabir 15-20 m/s olacaq, ayrı-ayrı yerlərdə arabir 23-25 m/s-dək güclənəcək. Temperaturun gecə 2-4° isti, gündüz 4-6° isti, dağlarda gecə 0-4° şaxta, gündüz 0-4° isti olacağı gözlənilir.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Dovşandodaqlıq
Səni sevmək...
Plastik kartlar və onlardan istifadənin üstünlükləri
16 milyon illik bitki aşkar edilib
Vanessa Mey Olimpiadada yarışacaq
"Nəfəs və nəfs..."
Ömer Muzun özünəməxsus rəsmləri
Günün ulduz falı
Duzlu suyla mənfi enerjidən xilas olun!
Dəniz düyüsü - min bir dərdin dərmanı
Stil ikonu Taylor Tomas Hill
Barak Obama Yeni ili Havay adalarında qeyd etdi-FOTO
Hülya Avşar illər sonra etiraf etdi
Dövlət hesabına peşə məktəblərində oxumaq istəyənlərlə bağlı yenilik
Məşhurlar Aslı Enveri təbrik edirlər-FOTO
Azərbaycanda koronavirus vaksinasiyasınadək maska taxacağıq? - VİDEO
Ölkəmizə yay gəlir
Niyə qocalmaq istəmirik...
Yağ yandıran meyvə şirələri
Qan qrupunuza görə bunları bilməlisiniz!
Bu ayaqqabının qiyməti dodaq ucuqladır - FOTO
3D çap bazarı yüksəlir
ABŞ "Eurovision"a bənzər yarış keçirəcək
İpoteka almaq istəyənlərin gəlirləri belə hesablanacaq
Yeni terminal 3 milyon sərnişinə xidmət edəcək
Koronavirusun ikinci dalğasının əsas göstəriciləri açıqlandı
İynə vurdurmaq namazı və orucu pozurmu?
Enerji pəhrizi
Uşaqların gülməli fotoları
Dovğa (foto-resept)
Bakıda avtobuslar pulsuz işləyəcək
İlk dəfə 60 yaşında evlənən azərbaycanlı bəy və gəlinlərin statistikası
BÜRCLƏR bizə nə vəd edir?-20 Yanvar
Dünya bazarlarında neftin qiyməti
BÜRCLƏR bizə nə vəd edir?-24 Avqust
Şuşadan erməni vəhşiliyinin izlərini silirik: Hərbçilərimiz Gövhər Ağa məscidini təmizlədilər - VİDEO
Rafet El Roman yenidən onunla evlənir? - FOTO
Dərs oxuma proqramı necə hazırlanmalıdır?
Dişlərə qulluq
Məşhur milyarder vəfat etdi
Ən kasıb ölkələr açıqlandı
General Polad Həşimovun yerinə o TƏYİN EDİLDİ
FİFA və UEFA-dan Ukrayna futboluna sərt təpki
Azərbaycana yeni iqtisadi təhlükə
Bu gün Azərbaycanda koronavirusa yoluxmuş 55 nəfər sağalıb - RƏSMİ
Bu gün Aşura günüdür
Nəqliyyat Nazirliyinin böyük layihəsi puç oldu?
Dəbdəbəli platformlar
XƏBƏRDARLIQ: virus infeksiyası yayılıb
İrina Şeyk yeni paylaşımı ilə izləyicilərini sevindirdi - FOTO
- ŞƏRHLƏR