Azərbaycanda hava şəraitinin qarlı keçib-keçməməsindən asılı olaraq, dekabrın 20-25-də qış turizm mövsümünün elan edilməsi planlaşdırılır.
Trend-in məlumatına görə, bunu Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, nazirliyin Turizm şöbəsi Şahdağ Qış-Yay Turizm Kompleksi İdarəsi ilə birlikdə turizm mövsümü ilə əlaqədar turizm şirkətlərinin nümayəndələri üçün xüsusi treninqlər keçirəcək: "Həm Şahdağ, həm də Tufandağda əsas narazılıqlar xizək sürülməsi üçün geyimlərin verilməsi vaxtı ilə bağlı olur. Bunun üçün hər adama azı 15-20 dəqiqə xidmət etmək tələb olunur. Ona görə də birdən-birə 100-200 adama xidmət göstərmək olmur. Keçən il yanvarın 1-də 1800 adam xizək sürməyə gəlmişdi. İstər-istəməz növbələr yaranırdı".
Nazir qeyd edib ki, bu problemin həlli üçün bu il turizm şirkətləri xizək sürməyə getmək istəyən insanların geyim ölçülərini qabaqcadan alacaq və bu məlumatları Şahdağ Qış-Yay Turizm Kompleksinin İdarəsinə verəcək. Bunun nəticəsində gələn turistlərə əvvəlcədən hazırlanmış və nömrələnmiş geyimlər veriləcək.
Xidmətlərin qiymətləri barədə də məlumat verən Ə.Qarayev deyib ki, bu il Şahdağ Qış-Yay Turizm Kompleksində xidmətlərin qiymətlərində artım olmayacaq. Bu il burada daha çox ceşidli və keyfiyyətli xidmətlərin təqdim edilməsi nəzərdə tutulur: "Keçən il həm Şahdağ, həm də Tufandağda qış mövsümündə insanların əlindən tərpənmək mümkün deyildi. Hansı sahibkar o qədər insan olduğu halda, qiymətləri aşağı salar? Bu, mümkünsüzdür".
XƏBƏR LENTİ
Ziyafət üçün baş örtükləri
Bayram günlərində Şahdağa 12 min turist gəlib
Azərbaycanda benzinin ucuzlaşacağı proqnozu
Hər dəri tipinə uyğun qarpız maskası
Pluton planeti haqqında bilmədiklərimiz
Ombudsman beynəlxalq ictimaiyyətə çağırış etdi
Yaponiyada zəlzələ olub
Sabah Moskvada İlham Əliyev, Vladimir Putin və Nikol Paşinyan arasında üçtərəfli görüş olacaq
Vera otel qapısında qaldı-FOTO
Toxluq hissi yaradan 5 ərzaq
Tovuz sakini həyətində "xəzinə" becərib
Azad Söz (8-ci hissə)
Dəyərli qida mənbəyi-balıq
Mehriban Əliyeva Bilgəhdəki Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində olub - FOTO
Marinada qoyulmuş hind toyuğu budu (foto resept)
Böyük gülüş ustamızın anadan olmasından 99 il ötür
Qadın ayaqqabısına oxşar kilsə
DİQQƏT! Bu telefonlarda WhatsApp İŞLƏMƏYƏCƏK
İslamı qəbul etmiş məşhurlar
Günün ulduz falı - 18.12.2013
Evdə teleskop hazırlayaq
Azərbaycanda görmə qabiliyyəti məhdud və itirilmiş insanlar üçün yenilik
Sevimli obrazlar qorxulu oyuncaqlara çevrilərsə...
Əfqanıstanda təyyarə qəzasında həlak olmuş azərbaycanlıların adları bilindi
Azərbaycanda daha çox hansı xarici ölkələrin tələbələri oxuyur?
Bakıda ikinci əl avtomobillər bahalaşmağa başladı
Bu gün final olacaq...
GÜNDƏLİK MAKİYAJ 2 variantda (foto dərs)
Avraam Russo "Çırpınırdı Qara dəniz"i erməni mahnısı kimi təqdim etdi-VİDEO
Günün qoroskopu:Fiziki aktivlikdən uzaq olun!
Gürcüstan Azərbaycana hansı variantı təklif edəcək?
Limonlu kakaolu keks (foto resept)
Whatsapp-ınız var?
Məşhur müğənni Azərbaycanda klip çəkdirir
Qocalıqdan xəstəliyindən əziyyət çəkən 15 yaşlı qızın son halı TƏƏCCÜBLƏNDİRİR
Lazanya (foto resept)
Bəstəkar Fərəc Qarayevin 70 illiyi qeyd olunacaq
Qadınlar Apple, kişilər Samsung seçir
Karantin dövründə səyahət
Bananlı yulaf əzməsi (foto resept)
Nikol Kidmanın yeni saç düzümü diqqət çəkib - FOTO
Dünyanı xilas edəcək yeni güc birliyi
Azərbaycanda 119 yaşlı nənə referendumda səs verdi
2020-ci ilin trendləri
Ziyafət geyimləri
Dəbli geyim dəstləri
Qadınlarımız yarışdan 10 medallar qayıdır
Tam müasir və komfortlu avtobuslar gətiriləcək
Təbiətin möcüzəsi: noyabrda ağacda təzə alça
Hirsimizə qalib gələk
- ŞƏRHLƏR