Mütəxəssislər bu cür qurğularla işləyərkən ehtiyatlı olmağı, istifadə qaydalarına düzgün riayət etməyi məsləhət görürlər. Eləcə də, havanı isidən bəzi qurğuların orqanizm üçün zərərli olduğunu da qeyd edirlər.
Elektrik sobalarının satışı ilə məşğul olan satıcı Fuad Dadaşovun sözlərinə görə, satışda qızdırıcı qurğuların müxtəlif çeşidləri var: "Məsələn, konvektorlar havanı təbii yolla səssiz isidir. Stolüstü və yerə qoyulan konvektorlar olur. Bu cihazlar aşağıda dövr edən soyuq havanı udur, qızdıraraq isti havanı yuxarı buraxır. Belə konvektorların müsbət cəhəti otağı tez isitməsidir. Havada oksigeni demək olar ki, məhv etmir. Keyfiyyətli konvektorlar səssiz olur. Otaqda az yer tutur. Evdə onu hər otaqda qoymaq olar. Otaqda havanı eyni istilikdə saxlayır. Yağla işləyən radiatorlara nisbətən enerjini az sərf edir".
Satıcı bildirib ki, yağla işləyən radiatorlardan istehlakçılar tez-tez istifadə edir: "Xarici görünüşcə mərkəzi istilik təchizatı batareyasına oxşayır. Bu cür isidici cihazlar havanı qurutmur. Otaqda havanı bərabər və daim isidir. Seçdiyiniz temperatura qədər hava isinəndən sonra özü sönür və istiliyi eyi dərəcədə saxlamaq üçün yenidən yanır. Onun içərisində mineral yağ və onu qızdıran maddə olur. Müxtəlif ölçülərdə olur və qiyməti ölçüsünə görə dəyişir. 60 dərəcə C-dən artıq qızmadığı üçün yanğına səbəb olma təlükəsi yoxdur. Lakin bu radiatorların mənfi cəhəti otağı gec qızdırmasıdır (əgər onda quraşdırılmış ventilyator yoxdursa)".
Konvektorların zərəri havanı qurutmasıdır. Səsli modellərin səsi də səbələrə təsir edə bilər. Xüsusilə də, gecə vaxtı yatanda onun işləməsi insanı qıcıqlandırır.
Otaqda yel varsa, demək olar ki, otağı qızdırmır. Belə ki, havanı isitməyə çatdırmır. Həm də bu cihazlar enerjini çox sərf edir.
Qeyd edək ki, bu cihazlar havaya zərərli maddələr buraxmadan havanı qızdırır. Amma onlar havanı çox qurudur, nəmişlik yaranır. Bu da tənəffüs orqanlarına problemlərə səbəb olur. Xüsusilə də, tənəffüs orqanları xəstəlikləri olanlara bu cür qurğuların işləməsi pis təsir edir. Mebellərə dəydikdə belə sobalar mebelin səthini yandıra bilər. Belə olan halda havaya zərərli maddələr yayıla bilər. Misal üçün, plastik, bəzi parça və mebel və s.
İsti hava verən ventelyatorlar isə kiçik ölçüdə olan isidici qurğudur. F.Dadaşov qeyd edib ki, bu cihazlar isti hava axını ilə otağı tez qızdırır. Quruluşları çox sadədir. Plastik korpusları və quraşdırılmış ventelyatorları var. İsti hava ventilyatorlarının ən sadə növləri qızmış spiralın köməyi ilə havanı qızdırır. Bu cihazlar ekologiyanı korlayır. Belə ki, havadakı toz spiralın üstünə düşərək yanır və yandıqdan sonra yaranan maddələri havaya buraxır. Eləcə də, çox qızdığı üçün yanğın törətmək təlükəsi də var.
İsti hava ventilyatorlarının keramik lövhə vasitəsilə havanı qızdıranlar da olur. Bu cür ventelyatorların yanğıntörətmə riski yoxdur. Çox qızmır, havanı bərabər isidir. Belə isidici qurğular arasında divara yapışdırılanlar daha məşhurdur. Bu qurğularda havanın ionlaşdırılması funksiyası varsa, ekoloji baxımdan da istifadəsi əlverişlidir.
İsti hava ventilyatorlarının müsbət cəhətləri havanı tez isitməsi, kiçik ölçüsü və yüngül olmasıdır. Mənfi cəhətləri səsli olması, çox enerji sərf etməsi, oksigeni məhv etməsidir. Bu səbəbdən də daimi istifadə üçün yararsızdır.Müsahibimizin dediyinə görə, spirallı elektrik sobaları da istehlakçılar arasında məşhurdur: "Lakin onların zərərindən qorxanlar da çoxdur. Bu cür sobaların müsbət cəhəti otaqda oksigeni məv etməməsi, nisbətən az enerji sərf etməsi, səssiz işləməsi, təhlükəsiz olmasıdır".Müsbət cəhətlərinə baxmayaraq, istehlakçılar bu sobalara şübhə ilə yanaşırlar. Bu cihazarın spirallarından gələn şüaların canlı orqanizmlər üçün zərərli olması hesab olunur. Lakin satıcı bildirir ki, bu cür sobaların müasir modelləri zərərsizdir.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Ən bahalı yataq dəsti
Qadın.Net-li qızların sevgi yolu (2)
"Miss Uruqvay-2006" müəmmalı şəkildə öldü-FOTO
Türkiyə parlamenti kəşfiyyat haqqında qanuna dəyişiklikləri qəbul etdi
Restoran, kafe və parklara tətbiq edilən qadağa ləğv edilir - RƏSMİ
Erkən menstruasiyanın səbəbləri
Məşhur model yorğunluğunu belə ifadə etdi-FOTO
Peyvənd edilməyən uşaqları nə gözləyir?
Bunlar kişilər üçün zərərlidir
Məşhur amerikalı diplomatdan Avropa Oyunları açıqlaması
Cəfəri suyunun faydaları
Ruhumuzun qidası
HAVA necə olacaq?-13 Sentyabr
Ronaldo 11 milyon avroya maşın aldı-FOTO
Göz oxşayan gəlinliklər
Bank islahatı bizə nə vəd edir?
Dəbli qalstuklar
Gəlinlər qədər gözəl olan tortlar
Yenə boşluq, yenə problem
Məşhur aktyora 17 illik həbs cəzası
Nigeriyada məscid partladıldı: 64 ölü, 126 yaralı
Süd Yolu qalaktikası mərkəzində qaranlıq materiya
Qədim İspan şəhərində gəzinti
Uşağın cinsiyyəti kimdən asılıdır?
Harri Meqan Markılın ad gününə nə hədiyyə etdi?
Qəribə bayram: qadınlar kişiləri döyür-FOTO
Koronavirusla bağlı təhlükəli iddia təkzib edildi
İkinci nəsil Citroen
Obama Ərdoğana başsağlığı verdi
Azərbaycanda Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi yaradılır
Noutbuk alanlar artır
Təmayül sinifləri üçün yeni dərsliklər hazırlanacaq
4 400 il yaşı olan qadın skeleti tapılıb
İtalyan keksi (foto resept)
Ən isti ili yola salırıq
Saç tökülməsinin qarşısını alan qidalar
Qiyməli qarabaşaq (foto resept)
İtkin qardaşlar 7 ildən sonra Həcdə görüşdü-VİDEO
İranın Qırmızı Aypara Cəmiyyətinin Azərbaycandakı nümayəndəliyi cəzalandırıldı
Louise Ebel
Uşaqların zövqləri
"Yadplanetlilər" peyda oldu - NASA aydınlıq gətirdi
Vanna otaqları
Uşaqlarda vitamin çatışmazlığı əlamətləri
Ərik dolması (foto resept)
Orduya dəstək mitinqi yoluxma sayını artırıb? - RƏSMİ AÇIQLAMA
Bakı metrosu mayın 11-də işini bərpa edir? - RƏSMİ CAVAB
Bakıya yağış, rayonlara qar yağacaq
Səyyar ASAN bu rayonlarda xidmətə başlayır
Bu da yeni Subaru
- ŞƏRHLƏR