Uğura doğru gedən yol müəyyən zaman kəsiyindən keçir. Zaman isə heç vaxt lövbər salmayan gəmiyə bənzəyir. Onu saxlamaq, geriyə döndərmək mümkün deyil. Lakin ağılla idarə etmək olar.
Səhər oyanarkən axşamacan qarşımızda bir zaman kəsiyinin olduğunu zənn edirik və bir çox işlər planlaşdırırıq. Ancaq gün başa çatanda bu işlərin çox az bir hissəsini həyata keçirdiyimizin fərqinə varırıq. Vaxtın belə sürətlə ötüb keçməsinə heyrət edir, mənasız keçirdiyimiz saatlara heyfsilənirik.
Zaman qum saatı kimi axıb gedir. Onun idarə olunmasında ən böyük məharət indini əldən verməməkdir. Odur ki, "Bu günün işini sabaha qoyma" atalar sözünü "Axşamın xeyrindən sabahın şəri yaxşıdır" kəlamından üstün tutun. Yəqin ki, böyüklərimizdən "İndiki ağlım olsaydı" kəlməsini eşitmişik. Bu vəziyyətə düşməmək üçün zamandan maksimum səmərəli istifadə etmək lazımdır.
Zamanı idarə etməyi bacaran insan məqsədə doğru yolunu planlaşdıran və bunun üçün lazım olan zamanı ayırmağı bacaran insandır. Planlaşdırdığınız iş ona ayrılan zamana uyğun olmalıdır. Həm işin çətinliyini, həm də öz fiziki və əqli imkanlarınızı nəzərə almalısınız.
"Filankəs bu işi filan vaxta görur, mən də bu qədər vaxt ayırım." demək olmaz.
İş və zaman nisbətini müəyyən edərkən işin keyfiyyətini əsas götürməlisiniz. Günlük işlərimizdə də bu prinsipi əsas tutmaq lazımdır. İki oxşar işi ardıcıl görmək düzgün deyil. Çətin işləri əvvələ salıb sevdiyiniz və asan işləri yorğun vaxtınıza saxlasanız, vaxtınızdan səmərəli istifadə etmiş olacaqsınız. Fasiləsiz, uzun müddət işləmək də düzgün deyil.
Bəzən vaxt azlığından şikayətlənirsiniz. Lakin vaxtı sizdən oğurlayanlar var. Geriyə dönüb baxsanız, vaxt oğrularını özünüz də görə bilərsiniz: faydasız televiziya verilişlərinə baxmaq, lazımsız məşğuliyyətlər, internet vasitəsilə sosial şəbəkələrdə keçirilən hədər zaman və s. Hər halda bu işlərə faydalı əməkdən sonra sizi əyləndirən, ovqatınızı yüksəldən bir mükafat kimi baxsanız, daha yaxşı olar. Ancaq bu məşğuliyyətlərə ciddi bir məhdudiyyət qoyun, vaxt bitdikdən sonra ondan ayrılın.
Vaxt oğrularından biri də yuxudur. Alimlər hesablamışlar ki, 80 il ömrü olan insan gündə orta hesabla 7 saat yatırsa, ömründən 23 il 4 ay oğurlayır.
İlk baxışda planlı həyat tərzi sizə cansıxıcı görünə bilər. Ancaq nizamlı bir həyat tərzinə uyğunlaşmağa çalışsanız, qısa müddət ərzində bunun faydasını hiss edəcəksiniz. Planla iş görsəniz, işləriniz üst-üstə düşməz və yığılıb qalmaz. Beləcə nə vaxt dincəlib, nə vaxt işlərinizlə məşğul olacağınızı və nə vaxt əylənəcəyinizi biləcək, hər şeyə zaman ayıracaqsınız.
Zamandan düzgün istifadə qətiyyən ifrat dərəcədə çalışmaq, özünüzü sosial həyatdan ayırmaq, televiziyadan imtina etmək deyil. Zamanı düzgün idarə etmək onun yüyənini əlinə alıb səmərəli çalışmaqdır.
Bir dəfə məşhur caz ustası Lui Armstronqu məşhur fizik, Nobel mükafatıl laureatı Nills Borla tanış etdilər. Onlar müəyyən müddət bir yerdə vaxt keçirməli oldular. Armstronq fizikə şeypurda çalmağı öyrədir, Bor da öz növbəsində onu atomun parçalanma üsulları ilə tanış edir.
- Biz vaxtımızı çox səmərəli keçirdik,-deyə Armstronq jurnalistlərə danışdı,-İndi onun caz, mənim isə atom haqqında müəyyən məlumatım var.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Murad Boz Aslı Enverlə barışdığını təsdiqlədi - FOTO
Yaqut Qarayeva koronavirus vaksininin alınması məsələsindən danışdı
Gəlinlərimiz üçün maraqlı saç düzümləri
Evliliyin ilkin şərti-İntim münasibətlər
Yeni sistem yaradılır: Həccdə izdiham olmayacaq
Ermənilər Çində də "kök" salmaq istəyirlər
Bakıda çəkiliş zamanı koronaviruslu xəstənin vəziyyəti ağırlaşdı - VİDEO
Filippində ikinci güclü zəlzələ silkələdi, ölənlərin sayı artır
91 yaşında İnstaqram fenomenidir - FOTO
Qadın.netlilərin pis vərdişləri
Google+-dan nə qədər adam istifadə edir?
3 yaşlı uşaqlar bağçaya göndərilməlidirlərmi?
Məşhur aktyorun evi yanıb kül oldu - FOTO
Xərçəng haqqında bilmədiklərimiz
Azərbaycanda koronavirusa yoluxmuş 92 yaşlı qadın sağaldı - VİDEO
Oğul analarına pis xəbər
Tənbəl uşaqları işlətmək üçün maraqlı məsləhət - Wi-Fi ilə...
Dünyanın ilk pilotsuz taksi servisi İSTİFADƏYƏ VERİLDİ
Xroniki xəstələr oruc tuta bilərmi?
Nikol Paşinyan: “Mən bacarmadım”
Saçlarınızı dəsmalla qurulamayın
Qarderobunuzu qışa hazırlayın
İlk qadın nazir Bakıya qayıdır
Həm atadır, həm də ana -FOTO
Mən nə edim?
Gözəgörünməz qatilə cavab tapıldı
Bred Bit TƏƏCCÜBLƏNDİRDİ
İşsiz şəxslərə birdəfəlik ödəmənin verilməsinə başlandı: 10 min işsizə vəsait ödəndi - VİDEO
Artıq 5G sınanır
Küçələrdə, avtobus dayanacaqlarında, çadırlarda yaşamış MƏŞHURLAR
Dırnaqlara boya cəkilməsi qaydası
Sağlam bir həyat üçün qarpız
İran koronavirusa görə 54 min məhbusu evə buraxdı
Ramazan ayının 25-ci gününün duası - İmsak və iftar vaxtı
Çində koronavirusa son yoluxma sayı
Dərini gəncləşdirən maska
Mənzil satışı ilə bağlı yeni mexanizmlər
Dünyadakı analar
Karantin zamanı yazılmış əsərlər
Ayda yadplanetli gəmisi tapıldı-FOTO
2014-cü ilin yataq otağı modelləri
Bənzərsiz Azərbaycan kəndindən
DYP-dən deputatların radar etirazına cavab
Şəkil çəkdiyi yerlərdə 30 il sonra yenə şəkil çəkdirdi
HAVA necə olacaq?
Kıvanç Tatlıtuğ yeni ev alır
Qız qaçıranların cəzası 12 ildən 2 ilə endirildi - İlginc məhkəmə QƏRARI
Erməni silahı susmur
Günün ulduz falı
YAŞIL rəngdə QAR yağdı-ŞOK FOTO
- ŞƏRHLƏR