Əvvəl 6-7 saat yatıb özünü gümrah hiss edənlər üçün bu vaxt yuxudan doymağa kifayət etmir. Bəziləri üçün soyuq havalarda yuxudan oyanmaq işgəncə kimi görünür. Lakin mütəxəssislər bunu insanların gündəlik rejiminin payız mövsümünə və sərt havalara uyğunlaşdırmamaları ilə izah edir.
Terapevt Samirə Tağıyevanın sözlərinə görə, havalar soyuduqca insanda xoşbəxtlik hormonu olan seratoninin miqdarı azalır: "Bu səbəbdən də insan özünü yorğun hiss edir və daha çox yatmaq istəyir. Payız və qış aylarında seratonin çatışmazlığı günəşli saatların azalması ilə izah olunur. Bunun qarşısını almaq üçün havanın soyumasına baxmayaraq, səhərlər təmiz havada çox vaxt keçirmək lazımdır. Seratoninin artmasına zülal və triptofanlar səbəb olur. Bu maddələr isə şokolad, lobya, mərci, yumurta, yağsız ət, bərk pendir növlərində, bananda var".
Tağıyeva bildirib ki, insanın daim yuxulu olmasına vitamin çatışmazlığı da təsir edir. Bu səbəbdən də, orqanizminin zəiflədiyini hiss edənlər payız mövsümündə vitamin kompleksi qəbul etməlidir. Həkim əlavə edib ki, gün işığında az olmaq D vitaminin yaranmasının qarşısını alır: "D vitamini çatışmazlığı apatiya, depressiya və yuxululuğa səbəb olur. Nəticədə immun sistemi aşağı düşür, insan asanlıqla müxtəlif infeksiya, qripp xəstəliyinə tutulur".
Kolumbiya Universitetinin alimləri yuxudan doymamağın piylənməyə səbəb olduğunu müəyyənlləşdiriblər. Aparılan təcrübəyə əsasən 2-3 saat yatan insanlarda piylənmə normal yatıb yuxunu alanlardan 73 faiz, 6 saat yatanlara nisbətən 23 faizi çoxdur.
Yuxudan doymamaq iş qabiliyyətinə, sağlamlığa da mənfi təsir göstərir. Bu səbəbdən də mütləq yuxudan doyana qədər yatmaq lazımdır. Qış mövsümü yaxınlaşdıqca gecə ən azı 8 saat yatmaq tələb olunur. Amma yuxuya tələbat yaşa görə dəyişir. Məsələn, yeni doğulan körpə gündə 18-20 saat, azyaşlı uşaq gündə 12-14 saat yatır. Yetkin adamın yuxu müddəti gündə 7-9 saat arasında dəyişir. Bəzi hallarda insanın 10 saat yatması belə anormal sayılmır, çünki buna bədənin ehtiyacı ola bilər. Yaşlılara isə gündə 5-6 saat yatmaq lazımdır.
İnsan ona lazım olan qədər yatmadıqda, uzun müddət yuxusuz qalma nəticəsində xroniki yorğunluq, zəiflik yaranır.
Psixoloq Arzu Qurbanovanın sözlərinə görə, yuxudan səhər tezdən rahat oyanmağa həllini tələb edən problemər də mane ola bilər: "Bu səbəbdən də gecə yatmazdan əvvəl yatağınıza uzandıqda heç vaxt problemlərinizi düşünməyin. Özünüzdən asılı olmadan problemləriniz fikrinizə gəlsə də, yaxşı şeylər haqqında düşünməyə çalışın. Səhər yuxudan da ayılanda sizi sevindirəcək bir hadisə haqqında düşünün".
Psixoloq məsləhət görür ki, zəngli saatın səsini eşidən kimi özünüzü dərhal oyanmağa məcbur etməyin: "Yaxşı olar ki, zəngli saatı bir qədər tez qurub, yuxudan oyandıqdan sonra bir-iki dəqiqə çarpayıda uzanasınız. Bu müddət ərzində günün yaxşı keçəcəyinə özünüzü psixoloji hazırlayın. Mümkünsə, xoş xəyala dalın. Müsbət hisslər və fikirlər sizə dərhal yataqdan qalxmağa kömək edəcək".
Onun dediyinə görə, bəziləri məsuliyyətli olduğu üçün yataqdan durmaq istəməsələr də, özünü buna məcbur edir: "Zəngli saat çalan kimi yerindən qalxır və gündəlik öhdəliklərinə başlayırlar. Buna baxmayaraq özlərini tükənmiş, yorğun, əzgin və enerjisiz hiss edirlər. Bu əlamətləri aradan qaldırmaq üçün səhər acqarına bir stəkan süfrə suyu içmək məsləhətdir. Suya limon dilimi və ya bal da əlavə etmək olar. Duş qəbul edib (yaxşı olar ki, isti və sonra soyuq suda) güzgüyə baxıb özünüzə gülümsəyib enerjili olduğunuzu hiss etməyə çalışın".
XƏBƏR LENTİ
Bu qız hər gün Xəzər dənizində çimir: Yay-qış fərq etmir-FOTO
Evlərə 100 meqabitlik internet çəkiləcək
Mərcinin faydaları
Azərbaycanda koronavirusa yoluxmanın ən çox olduğu ərazilər açıqlandı - RƏSMİ
Dünya gözəlləri səhnədə və real həyatda (2)
Paxla salatı (foto-resept)
Abituriyentlər növbəti sınaqda.
Azərbaycanda ali məktəblərə qəbul olanların nəzərinə
İsveç çörəyi "VETEBRÖD"
Yalançı paxlava (foto resept)
Ətin qiyməti düşdü, alan qaçdı
Tarkan ikinci dəfə ata olacaq?
Toylarda da israfçılığa "müharibə" elan olundu
Peyğəmbərimizin (s) 4 cür sükutu olardı
Smartfondan silinməsi tövsiyə olunan tətbiqlər açıqlandı
Klinton prezidentlik iddiasında - 2020-ə hazırlıq
Bu gənc həyat yoldaşını ölkədən qovmağa çalışır-SƏBƏB
Lenski təcrübəsi
Sevgiliniz sizi aldadır? Onda oxuyun
Ölkədə hamı bu sayta girir
Azərbaycanda bu il ərzində qar ehtiyatının ən çox düşdüyü ərazilərin adları açıqlandı
Məhəmməd Peyğəmbərin (s) məzarı köçürülür?
Bu ölkə virtual pulu tanımadı
Həftənin ulduz falı
Arzularınızın çin olmasını istəyirsiniz?-Açıqlama
Çil-çıraqlar
Bir qrup hərbçimiz “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edildi -Siyahı
Disney şirkətinin 10 idarəçilik prinsipi(2)
Stil ikonu olmaq üçün 7 qayda
Qızıl alanların diqqətinə!
Neftdə kəskin bahalaşma
Biləsuvarda şəhid gizir dəfn edilib
Sabah hava necə olacaq?
Məşhur aparıcı koronavirusa yoluxdu
Hamiləlikdən sonra 25 kq arıqladı-FOTO
Cücərmiş kartofu tullamayın
Azərbaycanın ürək dərdi
Nepal müdriklərindən 30 məsləhət
İnternet dərsi: nəyə görə şəxsi şəkilləri paylaşmaq olmaz?
Paulo Koelyodan səyahət sevərlərə tövsiyələr
Uşaqlarla düzgün davranış qaydası
Mən arıqladım!
Dərviş Kiyevi partladır və kəsək daşa ağlayanda
Ərinizi bu cür məcbur edin ki, siqareti tərgitsin
Məşhur aktyor tanınmaz halda - FOTO
Yaddaş zəifliyini necə aradan qaldırmaq olar?
Münasibətdəki soyuqluğun səbəbləri
Dodaq boyanıza görə xarakteriniz
2016-cı ilədək çini qabların idxalına görə xüsusi rüsum tətbiq edib
Şahzadə Diananın üzüyü ikinci gəlini Megana verilib-FOTO
- ŞƏRHLƏR