Lazımi səviyyədə fəaliyyət göstərməyən orqanlarımızı əvəz edə biləcək süni orqanlar və cihazlar müasir texnologiyanın verdiyi imkanlarla təbabətin istifadəsinə verilib. Böyrəklər öz funksiyalarını itirəndə və ya hər hansı bir mənfi hal yarananda da bunun əvəzinə orqanizmin təmizləmə sistemi kimi fəaliyyət göstərməli olan dializ aparatları işlənib hazırlanıb. Ölçüləri böyrəklərlə müqayisə edilməyəcək qədər böyük olan bu aparatlarda qan müəyyən qurğulardan keçirilir və qan özünün tərkibindəki sidik cövhəri, sidik turşusu kimi zərərli maddələrdən və artıq mayelərdən təmizlənir.
Bu cihaz sadə diffuziya (bir maddənin qarışıq bir nisbətdən nisbətən az qarışıq nisbətə keçməsi) üsulu ilə işləyir. Arteriyadan çıxan boru öncə bir nasosa gəlir. Bu nasos qanı dializ aparatına vurur. Dializ mayesi oksigenlə zəngindir və duz konsentratı baxımından da qan plazması ilə eynidir. Qan dializ mayesi içində olan dializ borucuqlarından keçirilir. Qanın tərkibindəki sidik cövhəri kimi artıq maddələr diffuziya ilə dializ mayesinə keçdiyi halda eritrosit və zülal kimi lazımlı maddələr dializ borucuqlarında qalır. Bu proses zamanı dializ mayesi aparatın içində xəfif şəkildə çalxalanır. Bunun nəticəsində qandakı artıq maddələr təmizlənir və qan geri qaytarılacaq vəziyyətə gətirilir. Əgər qanın qidalandırılmasına ehtiyac olarsa, dializ mayesinə qlükoza əlavə edilir və yenə də diffuziya üsulu ilə qana keçirilir. Təmizlənmiş qan boru vasitəsilə venaya ötürülür. Bütün bu proseslər zamanı dializ mayesi fasiləsiz olaraq təzələnir və hər dəfə də bədən temperaturuna uyğun şəkildə saxlanılır. Əks halda xəstə çoxlu miqdarda istilik itirmiş olar.
Bir dializ prosesi 4-6 saat çəkir və dializ mayesi bir neçə dəfə dəyişdirilir. Bu proses bir çox xəstəyə həftədə iki və ya üç dəfə tətbiq edilir. Lakin dializ heç bir şəkildə böyrəyin yerini vermir. Ən güclü şəkildə işləyən təsirli dializ aparatlarında da xəstənin həyatı yalnız bir neçə il uzadıla bilir və əksər xəstələr bir müddət sonra vəfat edirlər.
İnsan orqanizmindəki hər şey ən mükəmməl, ən ideal şəkildə planlaşdırılıb. Texnologiyadan istifadə edilməklə aparılan bütün tədqiqatlarda əsas məqsəd insan orqanizmindəki layihənin bənzərini hazırlamaqdır. Lakin orqanizmimizdə olduğu kimi kiçik nahiyələrə həmin xüsusiyyətlərə malik olan texnologiyanın yerləşdirilməsi mümkün deyil.
Allahın insan orqanizmində yaratdığı sistem hər cəhətdən misilsiz və mükəmməldir. Hər bir insanın vəzifəsi bunları Allah’ın bir neməti kimi görüb yaşadığı hər an üçün Allah’a şükür etməkdir.
Hansı daha üstün quruluşa malikdir: 5-10 sm-lik böyrək yoxsa yüksək texnologiya məhsulu olan dializ aparatı?
Böyrək
- Yalnız 5-7 sm-lik bir sahəni tutur.
- Heç bir şey hiss etdirmədən səssizcə fəaliyyət göstərir.
- Bütün həyat boyunca fasiləsiz olaraq, qayğıya ehtiyac duymadan fəaliyyət göstərir.
- Qanın keyfiyyətini yoxlayır, qan hüceyrələri hazırlamağı əmr edir.
- Heç bir problem yaratmadan öz-özünə fəaliyyət göstərir.
- Qanın tərkibindəki suyun miqdarını tənzimləyir, qan təzyiqinə nəzarət edir.
- Qanı təmizləyir, insanı sağlam və möhkəm saxlayır.
- Orqanizmin ehtiyaclarına tam uyğun olan bir süzgəc sistemidir, üst-üstə 2.400.000 süzgəcdən ibarət bu ittifaq həftənin 7 günü 24 saat müddətində fəaliyyət göstərir.
- Fəaliyyət göstərmək üçün xüsusi olaraq vaxt ayırmağa ehtiyacı yoxdur, bütün həyat boyunca fəaliyyətini öz-özünə davam etdirir.
Dializ aparatı
- Orta ölçülü bir soyuducu boydadır.
- Elektriklə işləyir, gurultulu səs çıxarır.
- 3-4 ilə köhnəlir və hissələrə parçalanır.
- Böyrək fəaliyyət göstərmədiyi üçün orqanizmdə qan hazırlaya bilməz. Xəstə qansız qaldığı üçün çoxlu qan nəqlinə ehtiyacı var.
- Sterilizə olunmuş xəstəxana şəraitində ixtisaslı həkim və texniki işçilər tərəfindən işlədilir.
- Bütün xəstələr qan təzyiqi yüksək olan xəstələrdir, onlar bu aparata qoşulduğu zaman təzyiqləri həddindən artıq aşağı düşür.
- Xəstənin nəfəsi daralır, titrətmə baş verir, adi hallarda və tez-tez qanaxma olur, tez-tez əzələ qıcolmaları baş verir.
- Bəsit bir süzgəcdir. Qanı kobud şəkildə süzdüyü üçün xəstə müayinə olunur, azalan maddələr peyvəndlə yenidən verilir.
- İnsanı 3 gündən bir 5 saat müddətində yatağa düşməyə məcbur edir, hərəkət etməyə imkan vermir.
Göründüyü kimi, böyrək dializ aparatı ilə müqayisə edilməyəcək üstünlüyə malikdir. Elə isə bunu düşünün: bir dializ aparatı təsadüflərin nəticəsi ola bilərmi? Yüksək texnologiyanın məhsulu olan bu aparatın öz-özünə yarandığını deyən bir insanla qarşılaşsanız, onun haqqında nə düşünərsiniz?
İndi isə belə düşünək: bir dializ aparatı təsadüfən yaranmadığı halda onunla müqayisə edilməyəcək qədər üstün bir quruluşa malik olan böyrək təsadüfən yarana bilərmi? Əlbəttə ki, yarana bilməz. Böyrək bütün bu xüsusiyyətləri ilə birlikdə üstün bir ağlın və qüvvənin nəticəsidir, hər şeyi qüsursuz, müəyyən bir nizamda yaradan uca Allahın əsərlərindən biridir.
R.Əkbərov
XƏBƏR LENTİ
Despi 2010 səyahət kolleksiyası
Dizaynı ilə seçilən əşyalar
BÜRCLƏRƏ GÖRƏ PƏHRİZ
Leyla Əliyeva Heydər Əliyevin 95 illiyinə həsr edilən tədbirdə iştirak edib - FOTO
Bakı sakinləri, gözünüz aydın!
Bu gün Azərbaycan Kubokunun finalçıları məlum olacaq
Dünyada koronavirusa yoluxanların sayı 29, sağalanların sayı 21 milyonu keçdi - STATİSTİKA
Hazal Kaya nişanlandı - FOTO
Şəhid tankçı Elvinin evindən: "Gəlinimizin xınası əlindən getməyib"
Ət qovurması (foto-resept)
"İpotekanın geniş vüsət alması büdcə gəlirlərinə kömək edə bilər"
Qonşu ölkədə koronavirusa rekord yoluxma
Lənkəranda bu ilin 8 ayı ərzində 146 nəfər xərçəng xəstəsi qeydə alınıb
Prezidentin köməkçisindən Paşinyana cavab
Ceki Çan Podiuma Çıxdı- FOTO
Su kəsiləcək
Toydan sonra ilk paylaşım-FOTO
Bir ildir heç nə yeməyən qız: “Heç olmasa bir qidanın dadına baxa bilsəydim...”
Payız yaş üzünü nə vaxtadək göstərəcək?
Deputatdan açıqlama
Canlı əfsanə "Qalatasaray"da Roberto Mançininin köməkçisi olacaq
Devid Martiaşvilinin bayram əhvalı yaradan rəsm əsərləri
Saç mezoterapiyası
Günün ulduz falı
Kartof salatı(foto resept)
Yuxu yozmaları - Y
Nazirlik boya sexini məhkəməyə verdi
Bacısından İlham Əliyevin doğum günü ilə bağlı MÖHTƏŞƏM PAYLAŞIM - FOTO
Bakıda dəniz üzərindən yeni körpü
Ramazan bayramında terror həyəcanı
Xəyalə Muraddan yeni kitab-"Vanuatu adasının sakinləri"
Serenay Sarıkaya və Cem Yılmaz EVLƏNİR-FOTO
Vladimir Putin böyük tədbirə dəvət edilmədi
Hava haqqında
Nur Yerlitaş xərçəngdən əməliyyat olunacaq
Ermənistan tərəfi köhnə videomaterialları əhalisinə yeni kimi təqdim edir - RƏSMİ
Gənc xanımlar üçün geyimlər
Asfaltı dəlib çıxmış göbələklər müzakirələrə səbəb oldu - VİDEO
Luka Vardanyanın atası uşağın Bakıya gəlməsinə etiraz edib
Leonardo Di Kaprio Azərbaycanın problemindən danışdı
BÜRCLƏR bizə nə vəd edir?- 8 Dekabr
Arıqlamaq istəyənlərə şad xəbər
Rəqəmlər (4)
Xərçəngin düşməni olan quru meyvələr
Müəllimlər üçün yeni qaydalar
Dünyanın ən zəngin futbolçuları
Bakı Vətən müharibəsinin şəhidlərini anır
Divan-kreslo dəstləri
Kruiz gəmilərindəki meyitxanalar
Ancelina Coli ilə Bred Pitt arasındakı qalmaqal bitmir
- ŞƏRHLƏR