Gələcəkdə Azərbaycanda siqaretin və tütün məhsullarının qiymətinin bahalaşacağı tam realdır.
Bunu “European Tobacco Baku” ASC (ETB) tütün şirkətinin İdarə heyətinin sədri Rüfət Quliyev bir qutu siqaretin qiymətində aksiz payının 70 faizədək (ƏDV nəzərə alınmamaqla) artırılmasını nəzərdə tutan tütünə qarşı mübarizə üzrə Ümumdünya Səhiyyə Təşkilatının Çərçivə Konvensiyası ilə bağlı bu yaxınlarda qəbul edilən qərarı şərh edərkən deyib.
Azərbaycanda bir qutu siqaretin qiymətində aksizin payı 12,5 faiz, Rusiyada 40 faiz, Böyük Britaniyada isə 70 faizdir. Onun sözlərinə görə, bütün dünyada siqaret çəkmə ilə mübarizə üzrə görülən tədbirlər nəzərə alınmaqla tütün məmulatlarının qiymətinin artması tendensiyası müşahidə olunur: “Bunların sırasında aksizlərin payının, vergi dərəcələrinin artırılması, ictimai yerlərdə siqaret çəkilməsini qadağan edən qanunun qəbul edilməsi var. Ümumilikdə Avropa və dünya iqtisadiyyatına fəal inteqrasiya, şübhəsiz ki, siqaretin qiymətinə təsir edəcək. İstənilən halda bu məsələ hökumətin ixtiyarında qalacaq, lakin fikrimcə, Azərbaycan gec-tez siqaretin qiymətini yüksəltmək zərurəti ilə qarşılaşacaq”.
R.Quliyev qeyd edib ki, idxalçı ölkələr arasında siqaretin qiymətinin artması Azərbaycanda xüsusi narahatlıq doğurmamalıdır: “Məsələ burasındadır ki, hazırda Azərbaycanda yerli istehsal tütün məmulatlarına olan daxili tələbatın 20-25 faizini qarşılayır, halbuki “European Tobacco”nun potensial gücü Azərbaycanda siqaretə tələbatın 80-85 faizini qarşılamağa imkan verir. İndiki halda söhbət brendlərdən gedir. Əhalinin rifahı artdığına görə Azərbaycanda daha bahalı siqaret markalarına üstünlük verilir. Lakin hesab edirəm ki, bu, idxal qiymətlərinə təsir etməməlidir, çünki aksiz payının artması adətən daxili bazarda qiymətlərə təsir edir”.
O bildirib ki, siqaretin qiymətinin artması da xammalın bahalaşması ilə əlaqədar ola bilər: “Avropada tütün əkmək qadağan edilib və tütünçülük daha çox Latın Amerikası və Afrika ölkələrində yayılır. Xammal bahalaşır, onun tədarükünə çəkilən xərclər də artır. Nəticədə istehsalçılar da məhsulun qiymətini artırmaq məcburiyyətində qalırlar”.
R.Quliyev əlavə edib ki, “European Tobacco” ehtiyac yaranacağı təqdirdə istehsalı 3 dəfə artırmaq gücündədir: “European Tobacco” ildə 2 milyard siqaret istehsal edir ki, bu da hazırda bazarın 25-27 faizini təmin etməyə imkan verir. Bununla belə, zavod 3 dəfə daha çox istehsal etmək gücündədir. Tütün məmulatlarının istehsal həcminin artırılması bir neçə amildən asılıdır - multimilli şirkətlər - siqaret istehsalçıları ilə razılaşmalar, bazarda tələbat və xammalın qiyməti”. Onun sözlərinə görə, “European Tobacco”nun məhsullarının ixrac həcmi ildə 100-120 milyon siqaret arasında dəyişir.
Ekspertlər isə bildirirlər ki, qiymət artımı Dünya Səhiyyə Təşkilatının tövsiyəsinə uyğun olaraq əksər ölkələrdə aparılır. Tövsiyəyə görə, hökumət vergi yolu ilə siqareti bahalaşdırmalıdır ki, əlçatanlıq azalsın və bununla da az insan siqaret çəksin.
Ekspert Samir Əliyevin sözlərinə görə, artıq Rusiya buna gedir. Ekspert bildirib ki, Rusiyada siqaret təxminən 3 dəfə bahalaşa bilər: “Hazırda orta qiymət 64 rubl olduğu halda, 216 rubla kimi qalxa bilər. Bunun Azərbaycana da təsiri olacaq. Çünki ölkəmizə Rusiyadan siqaret idxal olunur və təbii ki, artım bizə də çatacaq. Digər tərəfdən, Azərbaycanda da hökumət Dünya Səhiyyə Təşkilatının tövsiyəsini nəzərə alaraq aksiz vergilərini artıra bilər. Düzdür, manatın möhkəmlənməsi Rusiyadakı qiymət artımını bir az azalda bilər. Ümumilikdə getdikcə siqaretlərin bahalaşması davam edəcək”.
Ekspert qeyd edib ki, siqareti daxili istehsal hesabına tam təmin etsə belə, bu o demək deyil ki, ölkədən kənarda qiymət artımının bizə aidiyyəti yoxdur: “Azərbaycan hökuməti də gec-tez 179 ölkənin imzaladığı Dünya Səhiyyə Təşkilatının tövsiyələrini qəbul etməli olacaq. Ona görə də 2015-2016-cı illərdə ölkədə siqaretin 2 dəfəyədək bahalaşmasını proqnozlaşdırmaq olar”.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
15 yaşlı azərbaycanlı girov geri qaytarıldı
Giləmeyvəli tost
"Ölmüş" qız 29 il sonra cinsiyyətini dəyişərək geri döndü
Şəffaf smartfon göstərildi
HAVA necə olacaq?
Yaponiyada 2018-ci il doğum göstəricisi aşağıdır
Kişilər qadınlarda nə axtarır?
Mütəxəssislərdən sağlam bədənin sirləri
Gözəl görünmək üçün... ölməyə dəyərmi?
Türkiyənin görməli yerləri
Kerem Bürsin saç əkdirib
Su haqqında bilmədiklərimiz
Bu yaxınlarda çökən WhatsApp-dan xəbər var
Azərbaycana qış gəldi
Hikmətli sözlər
Tramp əhalinin 98 %-ni vergidən azad edir
Meteohəssas insanlara XƏBƏRDARLIQ
Neymar üçün mundial bitdi
65 yaşlı kişinin bu addımı hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Bu da bənzərsiz Mercedes S-Class
Yoqurt yeyin, sağlam olun (I hissə)
Məşhur tərzi: Chiara Ferragni
Zeytun salatı (foto-resept)
Alişanın xanımı 2 aya 20 kq arıqladı-FOTO
Azərbaycanda yumurtanın qiyməti kəskin ucuzlaşdı
Mən orucluyam!
Erməni nazir CNN-in sualları qarşısında aciz qaldı - VİDEO
Valideynlərə təcili kömək -1
Gimnastikanın daha iki növü Bakıda keçiriləcək birinci Avropa Oyunlarına salınıb
Təhsil xərcləri azaldılır
Ermənilər dinc sakini vurdu
Qışda şalı belə bağlayın - FOTO
Pazllar ("Tom və Cerri")
Armudun faydaları
Nostradamusdan daha az məşhur Azimov
İyirmi yaşlı qadın altı körpəni dünyaya gətirdi
Qızılaxtaran axtardığını tapdı
Qırmızı dırnaq manikürü
Ən böyük zərbə müsəlmana oldu
"Ken" 600 min dollar müqabilində "Barbie" oldu- FOTO
Seçki bülletenlərinin DSK-lara təqdim edilməsi sabah başa çatır
Pecenye M&M’S(foto resept)
HAVA necə olacaq?
Azərbaycanda hansı xəstəliklər ağır xəsarət hesab ediləcək?
"Sümüksüz qız" hər kəsin diqqətini çəkdi
Məşhur cütlükdən xeyirxah davranış
Ordumuz şəhid verdi
Hadisənin şəkli izləyicilərini təəccübləndirdi-FOTO
Valideyn məsuliyyətsizliyi: cəzalandırmaq çarədirmi?
Avropada tərk edilmiş binalar
- ŞƏRHLƏR