Belə bir hekayə var ki, biri adamlardan soruşur ki, “Dünyanın sonu olsaydı, nə edərdiniz?”. Bu sualı eşidənlərin isə hər biri fərqli cavablar verir. Bəziləri valideynlərimi gedib görərdim, bəziləri ailəmə onları necə sevdiyimi deyərdim və s. bu tip cavablar verirlər. Nəticədə isə sualı verən şəxs bildirir ki, bunları etmək üçün dünyanın sonunu gözləməyə ehtiyac yoxdur. Gedin, bütün bunları elə indi edin. Çünki sonra çox gec ola bilər.
Bəli, həyatımızın hər anını gərək lazımi qədər dəyərləndirək. Çünki ölümün bizi harada gözlədiyindən xəbərimiz yoxdur. Biz həyatı yaşayıb ölümü unutsaq da, ölüm bizi hər addım izləyir.
Bu xəbərimiz sorğu xarakterli bir xəbərdir. Çox maraqlıdır, görəsən, insanlar dünyanın nə zaman sona yetəcəyini, Axirətin gələcəyini bilsəydilər nə olardı? Buna görə də istifadəçilərimizə belə bir sualla müraciət etdik: “Əgər dünyanın sonu olsaydı, nə edərdiniz?”
Əgər siz də bu xəbərimizdə iştirak etmək istəyirsinizsə, buyurub mesaj qutusuna fikirlərinizi yaza bilərsiniz. Nəzərinizə çatdırım ki, təkcə mənim deyil Sərt Əsinti adlı istifadəçimizə də cavablarınızı ünvanlaya bilərsiniz.
İndi isə gəlin, bəzi istifadəçilərimizin maraqlı düşüncələri ilə tanış olaq.
♥♥S.Nur♥♥
Dünyanın sonu olsa, nə edərdim? Düzü heç bu barədə fikirləşməmişdim. Dünyanın sonu olsaydı, yəqin ki, ailə üzvlərimin yanında olardım. Son zamanımı onlarla keçirərdim. İnsanlarla halallaşardım. Bir də mütləq Qadin.Netin tanımaq istədiyim üzvləriylə ümumi görüş təşkil edər və hamını da orada cəmləyərdim.
Nəzrin
Əgər dünyanın sonunun nə vaxt olacağını bilsəydim, təbii ki, ilk qorxardım və hər gün nə edirəmsə, onları edərdim. Başqa nəsə etmək əlimdən gəlməzdi, nə pislik, nə də ki, yaxşılıq. Sadəcə beynimdə suallar olardı ki, necə olacaq bu son...
Qəribə
İnsan hər gününü "dünyanın son günü imiş" kimi yaşamalıdır. Bu həyat nə qədər amansız, dünyamız nə qədər qəddar olursa olsun, həyatdan zövq almağa, bu həyatı doya-doya yaşamağa çalışaq. Çünki həyat ondan zövq alanlar üçündür… Gəlin, bu həyatı elə yaşayaq ki, nə biz bu dünyadan köçəndən sonra başqaları peşmançılıq yaşasın, nə də başqa biri həyatdan köçəndə biz peşmançılıq yaşayaq.
Dünyanın sonu olsaydı əgər, hər kəs ilə vidalaşardım və xeyir dua alardım.
Hacət-i Vuslat
Dünyanın sonu olsaydı nə edəriniz? Zatən dünyanın sonudur və ya sonun əvvəlidir. Amma, həqiqətən də, həyatımın son gününün dəqiq zamanı bəlli olsaydı, hal-hazırda nisbətən passiv formada etdiyimi edərdim - əlimdən gələn qədər, səsimin, gücümün yetdiyi qədər, ancaq İslamın əsasını, qurtuluş olan yeganə həqiqəti insanlara eşitdirməyə çalışardım (çox guman ki, "dəli" deyiləcək qədər hər gördüyüm şəxsə tanımağımdan asılı olmadan yaxınlaşardım, hətta küçələrdə qışqıraraq, qapıları döyərək deyərdim):"Ey insanlar! Allaha təslim olmadan ölməyin!". (Ali İmran 102)
Sərt Əsinti (Agat)
Dünyanının sonunu təsəvvür etmək istəmirəm. İnşəallah ki, o zamana qədər mən qalmaram. Amma bir düşünsək ki, dünyanın sonudur, məncə, edə biləcəyim bir şey olmaz. Çünki hər şey Allahın əlindədir və bir gün verdiyini istədiyi vaxt götürə bilər. Haqq və ixtiyar Sahibi odur. Dünyanının sonunun işdir, şayəd nə vaxt olacağını bilsəydim, o zaman sakitcə oturub sonumu gözləyərdim. Təbii ki, hər kəs kimi mənim də içimdə bu sonluğun bir qorxusu olacaqdı, amma əldən nə gəlir ki. Sadəcə dua edərək gözləmək.
QWEN
Xəbərinizdə mənə də yer ayırdığız üçün sizə təşəkkür edirəm. Düzü, dünyanın sonu gəldiyində nə edəcəyimi heç fikirləşməmişəm. Yəqin ki, qorxaram, Allahı (c.c.) köməyə çağıra-çağıra uşaqlarımı qucaqlayıb, bir küncdə oturaram. Telefonla anamı, bacımı axtararam. Qalanını da Allah (c.c.) bilər.
Fidan Məmmədova
Dünyanın sonu olsaydı, nə edərdim? Mən bu cür sözlərdən qorxuram, daha dogrusu, fikirləşmirəm. Dünyanın sonu oldugunu biləndə neyləmək olar ki... Bunun üçün nəsə etmək bizim əlimizdən əglən bir hal deyil. Elə həmişəki kimi bircə balam yanımda olsun, bəs edər. Geri qalan zamanımın hər saniyəsini belə ancaq qızımla keçirərdim.
XƏBƏR LENTİ
Qadin.Net-lilərin 2-ci görüşü (Bakı)
İranlılara ümrə ziyarəti yasaqlandı
Bəzi rayonlarda qaz olmayacaq
Bacarıqlı xanımlar üçün (3)
Samsung Galaxy S8-in yeni versiyası hazırlanır
“Eurovision” qalibi 11 illik xəstəliyindən danışdı
Maradona yenə heyrətləndirdi
Milyarderlərin "AND"-ı nə üçündür?
Bu il manat yenə ucuzlaşacaq
Hadisə evinə girən fanatını bağışlamadı
Sus, düz otur, hamı bizə baxır...
Siz hansı tip anasınız?
Göy soğan piroqu (foto-resept)
Saç düzümləri
Ərzaq qiymətlərində süni artımın qarşısının alınması üçün TƏKLİF
Bakı bir səyyahın dilindən
Rusiyada əhalinin 37 faizi internetdən istifadə etmir
Nevroz və ürək xəstəliklərinin səbəbi
Baxmaqdan doymayacağınız 11 göz makiyajı
Dünya bazarında neftin qiyməti
Kiçik yataq otaqları üçün tövsiyələr
Mənfi və müsbət qüvvələri necə idarə etmək olar?
Leyla Əliyevadan bayram təbriki-FOTO
Google Glass sərnişinlərə xidmət edəcək
Xoşbəxt olmaq üçün düyü yeyin!
Öcalan üçün ilk əfv
File dolması (foto resept)
Plastik boru satışı qadağan edildi
Lukaşenko Belarus konstitusiyasını dəyişdirməyi təklif etdi
Viktoriya sevgi döyməsini sildirdi-FOTO
Ən gözəl afrikalılar
Çox yemək istəyinin qarşısını almaq üçün 3 qayda
Gələn il üçün qlobal soyuma proqnozlaşdırılıb
Məşhur aktrisa da 1 milyon dollar bağışladı
"Məni sancmayan ilan, 1000 il yaşasın"
Təzə BMW-lərdə ağlagəlməz qüsur aşkarlandı
Azərbaycan ordusu düşmənin xüsusi təyinatlı hərbi hissəsini bölmələri ilə birgə məhv etdi - RƏSMİ
Qiyamət bunkeri
Bakıda daha bir yol çökdü
Azərbaycanda pediatr, yoxsa ailə həkimi?
Toy tortları
Dörd mindən çox rus hərbçisi Ermənistan, Rostov və Volqoqradda təlimlərə başladı
Daha bir erməni həyasızlığı
Burma (foto resept)
Ətli blinlər (foto-resept)
Burak Özçivit
Şəkərbura (foto-resept)
Obsidan daşı
Bakı vağzalından hava limanına dəmir yolu çəkiləcək
Təhlükəsizlik kamerasını izləyəndə şoka düşdü - FOTO/VİDEO
- ŞƏRHLƏR