Böyükağa Məşədi oğlu Mirzəzadə 1921-ci il fevralın 21-də Bakıda anadan olmuşdur. O, böyük Azərbaycan rəssamı Əzim Əzimzadənin rəhbərliyi ilə boyakarlıq sənətinin əsaslarını mənimsəyərək 1939-cu ildə Azərbaycan Dövlət Rəssamlıq Texnikumunu bitirmişdir. 1940-cı ildə Moskva Rəssamlıq İnstitutuna daxil olan, lakin 1941-1945-ci illər müharibəsinin başlanması səbəbindən təhsilini davam etdirə bilməyən Böyükağa Mirzəzadə sonralar Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil almışdır.
Əmək fəaliyyətinə Azərbaycan Dövlət Rəssamlıq Texnikumunun müəllimi kimi başlayan Böyükağa Mirzəzadə digər görkəmli sənətkarlarımızla birlikdə Azərbaycan rəssamlıq məktəbinin müasir tələblər səviyyəsində qurulmasında və müvafiq təhsil prosesinin təşkil olunmasında yaxından iştirak etmişdir. Ömrünün son günlərinədək pedaqoji fəaliyyətlə məşğul olan Böyükağa Mirzəzadə Azərbaycan Dövlət İncəsənət İnstitutunda kafedra müdiri və Azərbaycan Rəssamlıq Akademiyasının professoru, yaradıcılıq emalatxanasının rəhbəri vəzifələrində çalışmışdır. Rəssamın yetirmələrinin əsərləri ölkədə və onun hüdudlarından kənarda geniş şöhrət qazanmışdır.
Gənc yaşlarından yaradıcılıqla məşğul olan Böyükağa Mirzəzadə az bir vaxt ərzində Azərbaycan rəssamlıq sənətinin inkişafında özünəməxsus xidmətlərə malik mahir fırça ustası kimi tanınmışdır. Onun rəngkarlıq, qrafika, səhnəqrafiya rəssamlığı və digər janrlarda, müxtəlif mövzularda yaratdığı əsərlər qiymətli sənət nümunələri kimi rəssamlıq tariximizə həmişəlik daxil olmuşdur. Bu əsərlər Azərbaycan Dövlət İncəsənət Muzeyi və Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyində, eləcə də digər muzeylərin daimi ekspozisiyalarında nümayiş etdirilir.
Azərbaycan torpağının füsunkar gözəllikləri və təbii sərvətləri, onun qəhrəman övladlarının şücaəti sənətkarın yaradıcılığının ilham mənbəyini təşkil etmişdir. Rəssamın yurdumuzun tarixi abidələrini əks etdirən tabloları nikbinlik və milli qürur hissi aşılayır.
Böyükağa Mirzəzadənin portret janrında ustalıqla yaratdığı boyakarlıq əsərlərində tarixi şəxsiyyətlərin və müasirlərinin daxili aləmi, xarakteri və mənəvi zənginlikləri bütün dolğunluğu ilə öz əksini tapmışdır. Azərbaycan incəsənət ustalarının silsilə portretləri rəssamın yaradıcılığında xüsusi yer tutur.
Böyükağa Mirzəzadə fırçasının məhsulu olan natürmort, tablo və lövhələr özünün yüksək emosional təsir qüvvəsi ilə seçilir, insanı doğma vətəni və onun təbiətini sevməyə çağırır. Bu əsərlər yüksək peşəkarlığı, təkrarolunmaz milli koloriti ilə səciyyələnərək neçə-neçə nəslin estetik tərbiyəsində və zövqünün formalaşmasında böyük rol oynamışdır.
Böyükağa Mirzəzadə teatr rəssamı kimi də səmərəli fəaliyyət göstərmişdir. Uzun illər ərzində Azərbaycan teatrında iyirmiyə yaxın tamaşaya səhnə tərtibatı vermiş görkəmli rəssamın müxtəlif sənətlərin sintezindən faydalanaraq yaratdığı dekorasiyalar mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir.
Azərbaycan incəsənətinin ölkəmizin sərhədlərindən uzaqlarda tanınmasında da Böyükağa Mirzəzadənin mühüm xidmətləri olmuşdur. Rəssamın əsərləri xarici ölkələrin sərgi salonlarında və rəsm qalereyalarında müvəffəqiyyətlə nümayiş etdirilmiş, sənətsevərlərin rəğbətini qazanmışdır.
Böyükağa Mirzəzadə uzun illər pedaqoji sahədə uğurla çalışmış və zəngin təcrübəsini, bilik və bacarığını gənc rəssamların hazırlanması işinə sərf edərək, milli rəssamlıq məktəbinin inkişafına layiqli töhfələr vermişdir.
Böyükağa Mirzəzadənin yaradıcılığı hər zaman diqqət mərkəzində olmuş və yüksək qiymətləndirilmişdir. O, bir çox orden və medalla təltif edilmişdir. Rəssamın müstəqil respublikamızın ali mükafatına – “Şöhrət” ordeninə layiq görülməsi onun sənətinə və şəxsiyyətinə ehtiramın parlaq təzahürüdür.
Portret janrının ustalarından biri olan, Böyükağa Mirzəzadənin dəfələrlə fərdi sərgisi keçirilmişdir. Milli rəssamlıq sənətimizin inkişafında xüsusi xidmətləri olan bu istedadlı sənətkarın əsərləri indi nəinki Azərbaycanın, eləcə də dünyanın məşhur muzeylərində qorunub saxlanılır.
Böyükağa Mirzəzadə 2007-ci ildə 87 yaşında vəfat etmisdir.
XƏBƏR LENTİ
Aprel şəhidinə həsr olunmuş tamaşa göstəriləcək
Məktəblərdə yenilik - Jurnal və gündəliklər ləğv oluna bilər
Ramazanda əsəblərinizə hakim olun
İlham Əliyev: “Bu müharibə bütün dünyaya Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu göstərdi”
Bilmədiklərimizi bilək
Qanaxma zamanı ilk yardım
İlaxır çərşənbədə HAVA necə olacaq?
"Sovetski"də sökülən binalara görə kompensasiyanın maksimum həddi açıqlandı
Acun məhkəməyə müraciət etdi: "Zuhalın verilişi bağlansın"
Mütəxəssislərdən sağlam bədənin sirləri
Azərbaycandan ABŞ-a etiraz
Xətləri çək
"Formula 1" Qala divarlarını zədələyə bilər?
COVID-19 xəstələri dərmanlarla təmin edilmir? - RƏSMİ AÇIQLAMA
Tailandda nəsli kəsilmiş pələnglərə rast gəlinib
Pendirli, ispanaqlı piroq(foto-resept)
Salvador Dali haqqında maraqlı məlumatlar
AzTV-dən koronavirusla bağlı süjetin yanlış yozulmasına dair AÇIQLAMA
Azərbaycanda palçıq vulkanları UNESKO-nun siyahısına daxil ediləcək
Televizora baxmamağın 8 səbəbi
Dünyada maraqlı və gülməli boşanma hadisələri
17 yaşlı Noa evtanaziyanı seçdi-FOTO
Hande Ataizinin gözəllik sirri
Praqa tortu (foto resept)
Beren Saat və Kenan Doğuludan BOŞANMA xəbərinə CAVAB
Bakıdakı bərbad küçə ilə bağlı gülməli təklif
Qızlıq pərdəsi və ya bakirəlik (I hissə)
Hərbçilər üçün xüsusi telefon buraxıldı
Azərbaycanda əlilliyi olan şəxslərlə bağlı yenilik
Beyonse 3500 dollara köynək aldı - FOTO
Rüştü Reçber koronavirusa qalib gəldi
Yuxu haqqında
Bu gündən payız başlayır
Sabahın HAVAsı
Paraşütçü 25 il sonra sağ tapıldı-FOTO
Teymur Rəcəbov: "Dünya Kubokunda zəif rəqib yoxdur"
Əhaliyə xəbərdarlıq edildi
Beyonsun paltarı "like" atəşinə tutuldu - FOTO
Putin ikinci dəfə evləndiyini gizlədir?
Qızılın qiyməti qalxır
Milyonçumuzu zibilliyə atıblar
Şimal bölgəsində qadın futboluna maraq artır
Hörüklü-muncuqlu qolbağı
Metroda "Wi-Fi" nə vaxt olacaq? - AÇIQLAMA
WhatsApp: 2 ayda 50 milyon
Sizə hansı vitaminlər lazımdır?
Gilas qızıl qiymətinə satılır
Çaylarda vəziyyət necədir?
Gəncədə yerləşən dünyanın ən böyük 5 parkından biri...
Prezident İlham Əliyev İordaniyanın yeni təyin olunmuş səfirini qəbul edib
- ŞƏRHLƏR