6-7 yaşda olan uşaqların xasiyyətində və davranışında kəskin dəyişikliklər müşahidə olunur. Uşaq artıq xeyli böyüməyinə baxmayaraq, sözə qulaq asmır, valideynin tənqidini eşitmək istəmir və istəklərinə gec reaksiya verir. Bu yaş dövrünü ağır keçirənlər oyuncaq və oyunlardan imtina edir, uşaq kimi görünməkdən qorxurlar.
Psixoloq Ruhanə Rzayevanın sözlərinə görə, 6-7 yaş dövrü uşağın inkişafında çətin dövr sayılır. Belə ki, artıq 7 yaşından uşaqda sözə baxmamaq özünü göstərməyə başlayır: "Uşaq anasının "eləmə" sözünü guya eşitmir və ya gec reaksiya verir. Uşaq özünü böyük kimi aparır, ətrafdakılara böyük kimi görünmək istəyir. Özünü böyük sayaraq valideynlərin tənqidlərinə fikir vermir, qadağa qoyduqları şeylərin əksini edirlər".
R.Rzayeva bildirib ki, 7 yaş sindromu müşahidə olunan uşaqlar özünü tərs aparmağa, tənqidə qarşı aqressiya göstərməyə və hiyləyə əl atmağa başlayır: "Uşaq hiyləgər olur və valideynin dediklərini dərhal yerinə yetirmir. Baş verən hadisələrə nəzarət edə bildiyini və müstəqil düşünə bildiyini göstərməyə çalışır. Uşaqların bu yaş dövrünü pis keçirməsi dərs oxumağa başlaması ilə də bağlıdır. Uşağın psixologiyasında dəyişikliklər baş verir. Uşaq başqasının fikrini artıq özünkü kimi qəbul etmir. O, artıq özü düşünə və hadisələri təhlil edə bilir. Düşünülməmiş, emosiyalara söykənən hərəkətlər əvəzinə məntiqə əsaslanan hərəkətlər etməyə başlayır. Nəsə etdikdə əvvəlki kimi qəfil etmir. Əvvəlcədən düşünür sonra hansısa hərəkətə yol verir".
Uşaq məktəbdə öz sosial statusunu möhkəmlətmək üçün də çalışdığından çətinliklərlə üzləşir. Uşaq özünə yüksək qiymət verir, özündən razı olur. Bu hisslərin təsirindən o, böyüklərə qulaq asmaq istəmir. Bu yaşda uşaq qayğısız dövründən çıxır.
Psixoloqun dediyinə görə, valideynlər uşağa bu çətin dövründə dəstək göstərməlidirlər: "Bəzi valideynlər bu yaş dövründə uşağın xasiyyətindəki və davranışındakı dəyişikləri hiss edib laqeyd yanaşır, zamanla düzələcəyini düşünürlər. Uşaq psixologiyasına bələd olmayan valideynlərsə, ümumiyyətlə, uşaqların fikir çəkmədiyini, ruh düşkünlüyünə düşmədiyini, çətinliklərlə üzləşmədiyini düşünür. Onlar 6-7 yaş dövrünü çətin bir dövr kimi təsəvvür edə bilmirlər. Bu da valideynlərin buraxdığı böyük səhvlərdən biridir. Artıq böyüməyə başlayan uşaq ana və atanın bu cür davranışını görüb onlara inamını itirə, güclü olmalarına, hər şeyi bilmələrinə şübhə ilə yanaşa bilər. Uşaq bu hisslərin təsirindən yeganə dayağı olan valideynlərdən uzaqlaşa bilər".
Müsahibimiz qeyd edib ki, uşaqların məktəbə və dərsə olan münasibəti valideynlərin bu mövzu ilə bağlı davranışının əksidir. Bu səbəbdən də valideynlər uşağı məktəbə getmək, dərs oxumaq istəmədiyi üçün danlamamalıdır. Valideynlər onu da nəzərə almalıdırlar ki, onların dərs haqqında pis danışması, müəllimin yaxşı dərs keçməməsi, uşağı çox yükləməsi, proqramın çətin olması barədə gileylənməsi uşağa mənfi təsir edir. Uşaqda məktəbə, dərsə, hətta müəllimə nifrət oyanır. Uşaqlar valideynlərin müəllimlər haqqında dedikləri tənqidi sözləri yaxşı yadda saxlayırlar. "Müəllim savadsızdır", "Yaxşı dərs keçmir", "Diplomu pulla alıb" kimi sözlər uşağın yaddaşında həkk olur. Uşaq çox pis olur və müəllimə inamını, dərsə həvəsini itirir. Yaxşı olar ki, valideynlər təhsil haqqında ancaq yaxşı sözlər desinlər. "Uşaqda müəllimə, məktəbə qarşı sevgi və hörmət hissini inkişaf etdirməyə kömək edin. Bu, onu dərs oxumağa həvəsləndirəcək. Qaydalarla, özünə əziyyət verərək yaşamağı öyrənmək ona gələcəkdə istənilən hadisəyə və çətinliyə tez adaptasiya olmağa kömək edəcək".
Adətən uşaq məktəbə gedən kimi valideyn uşağın gələcəyi ilə xəyal qurur və ona tez-tez "sən riyaziyyatı yaxşı bilməlisən", "həkim olmalısan", "müəllim olacaqsan, dərslərini yaxşı oxu" kimi sözlər deyir və uşaqların meylinə fikir vermədən onları istiqamətləndirirlər. Bəzən valideynlərin arzuları o həddə çatır ki, uşağı çox sıxır, tələbkar olurlar. Uşaq çox sıxıldığı üçün dərsə nifrətlə yanaşmağa başlayır. Valideynlərinə səmimi münasibəti itirir. Bunun əvəzinə uşağa sərbəst inkişaf üçün şərait yaratmaq lazımdır.
Psixoloqun dediyinə görə, uşağın yaxşı dərs oxuması ilə yanaşı sosial həyatı da vacibdir: "Onun yaşıdları ilə münasibətinə fikir verin. Uşaqların dostluq münasibətlərində mənəvi dəyərləri, liderlik hissi və müxtəlif bacarıqları formalaşır. Uşaqdan mütləq kimlərlə dostluq etdiyini soruşun. Hansı oyunlarla oynadıqları, nə haqda söhbət etdikləri ilə maraqlanın. Bu zaman uşaqla mehriban olun, ona diqqətlə qulaq asın və onun hisslərinə şərik olduğunuzu göstərin".
Rzayeva vurğulayır ki, uşaqların çətin dövrlərində valideyn yeganə dəstəkləri və ümidləridir: "6-7 yaş sindromunu rahat keçirmək üçün uşağın intellektual inkişafına fikir vermək lazımdır. Amma uşağın imkanları nəzərə alınmalı, çox yüklənməməlidirlər".
XƏBƏR LENTİ
Çin dili İngilis dilindən üstün olacaq - TƏLƏBAT ARTIR
Maliyyə direktorları nəyə etibar edir?
Qaydalar avtobus sürücüləri üçün deyil?
Ən qorxulu virusu insanın immuniteti gücləndirir
Rusiya mətbuatı: Azərbaycan seçkilərə tam hazırdır
Alina Boz koronavirusa yoluxdu
Telefondan çox istifadə etdiyi üçün kor oldu
Məşhur cütlüyün Ayrılıq Səbəbi Məlum Oldu
Araq şüşəsinə əl vuran adam nə etməlidir?
Toylara icazə verilməməsinin ƏSL SƏBƏBİ - Türkiyə təcrübəsi dərs oldu
Hava haqqında
Gəlinlik ayaqqabı modelləri
Putin yenə də dünyanın ən güclüsü oldu
Sürət
Oktyabr ayı üzrə pensiyaların maliyyələşdirilməsinə başlanılıb
Planetin ən yaşlı sakini 118 yaşını qeyd edir
Oturaq həyat tərzi beynin fəaliyyətini korlayır
Evdə düzgün qidalanaraq immuniteti gücləndirin
Günün qoroskopu: dərhal uğura nail olmasanız da
Gecə Bakıda yürüş oldu
Bakıya 12 milyon doza gətirildi
Günün ulduz falı - 09.12.2013
Ezgi Mola ilk dəfə onunla-FOTO
Qəbələ rayonuna 2 milyon manat ayrıldı
Azərbaycanlı rəssam: "Qorxu, dəhşət, çirkab..."
Xoşbəxt evliliyin sirri
Narsisistik şəxsiyyət pozuqluğu
"Ən gözəl geyim obrazı" - QALİB SEÇİLDİ!
Xərçəngə yoluxmaq istəmirsinizsə, əməl edin - XANIMLARA 11 MƏSLƏHƏT
H&M 2012 ci-ilin yaz modası
Məşhur bacılar
Dağıstanda zəlzələ baş verib
Azərbaycanda avtomobil sahibləri sığortasının beynəlxalq sisteminə qoşulmaq üçün əsas tələblər müəyyənləşdirilib
Əzələ yığmaq üçün tövsiyələr
Diyetoloqla məsləhətləşmədən edilən pəhrizin FƏSADLARI
Yayın modası - səndəllər
1 Avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür
Faydalı daşlar - Mərcan (Coral)
Dağlıq Qarabağın Azərbaycanlı İcması Ancelina Colini ölkəmizə dəvət etdi
Demet Akalın Alişanın oğlundan yazdı-FOTO
Erməni "söz"ü: ATƏŞKƏSİ 119 DƏFƏ POZDULAR
Klaç çanta modelləri
Ebru Şahin geyimi ilə diqqət çəkdi-FOTO
Julia Robertsin gözəllik sirləri
İrem Derici kameralardan qaçdı-"SƏBƏB"
Şeymanın Çağatayla FOTOsu yayıldı
YAY fəsli üçün MAKİYAJ növləri
İnsan yerişi
Şarlardan modelləşdirmə
Nazir: "Azərbaycanda bütün növ pensiyalar artırılacaq"
- ŞƏRHLƏR