Elm adamları işıq yayan təsirli və faydalı cihaz kəşf etdikdə eyni metoddan kəpənəklərin 30 milyon ildən bəri istifadə etdiklərini bilmirdilər!
Qısa şəkildə LED adlandırılan işıq yayan diodlardan (tək istiqamətə elektrik axınını ötürən dövrə komponenti) əsasən elektron cihazların göstəricilərində və avtomobilərin stop lampalarında işıqlandırma məqsədilə istifadə edilir. Ancaq normal LED-lərdən çıxan işıq ilə düzgün şəkildə işıqlandırılma olmur. Elm adamları bunun səbəbini işığın zəif yayılması ilə açıqlayırlar.
2001-ci ildə dünyanın qabaqcıl texnologiya universitetlərindən MTİ-də (Massaçusets Texnologiya İnstitutu) Aleksey Erçak və həmkarları daha faydalı LED düzəltməyi bacardılar. Elm adamları MTİ-də təkmilləşdirilən LED-nin xarici təbəqəsinə işığın daha yaxşı yayılması üçün üçbucaq qəfəs formasında dəliklərdən ibarət iki ölçülü fotonik kristal yerləşdirdilər. Beləliklə, bu LED-də “Bragg reflektorları” adlandırılan reflektorlarla işığın elm adamlarının istədiyi istiqamətdə yayılması da təmin edildi. Əldə edilən LED standard növlərə nisbətən çox böyük işıq saçma qabiliyyətinə malikdir.
Haçaquyruqlar Şərqi və Mərkəzi Afrikada yaşayan kəpənək növüdür. Bu kəpənəklər işıqdan yeni LED texnologiyasındakı kimi istifadə edirlər. Afrika haçaquyruqlu kəpənəklərinin bu texnologiyadan 30 milyon ildən bəri istifadə etdiklərini ilk dəfə açıqlayanlar İngiltərədəki Ekseter Universitetindən Pitr Vukusik və lan Huperdir.
Bu kəpənəklərin qanadları tünd rəngdədir və üzərində parlaq mavi və ya mavi-yaşıl nöqtələr var. Elm adamlarını təəccübləndirən cəhət kəpənəklərin qanadlarındakı pulcuqların piqmentli iki ölçülü fotonik kristallar kimi fəaliyyət göstərməsi və sıx fluoresyent işıq verən formada düzülməsidir. Kəpənəklərin qanadlarına rəng verən piqmentlər ultrabənövşəyi işığı udaraq fluoresyent lampalar kimi parlaq mavi-yaşıl işıq kim geri yayırlar.
Piqmentlər qanadın səthi boyu bərabər şəkildə yayılmış mikrodəliklərdən ibarət bölgədə yerləşir. Qanadın üzərindəki pulcuqların içində yerləşən silindrşəkilli dəliklər eynilə yeni LED-lərdəki fotonik kristallara uyğun gəlir. Əgər belə olmasaydı, kəpənək qanadlarından yayılan işığın böyük hissəsi itəcəkdi.
Güclü LED-lərdəki texnologiya ilə kəpənəyin qanadındakı işıq saçma sistemi arasındakı bənzərlik bununla bitmir. Kəpənəyin qanadındakı pulcuqların altında fluoresyent işığı yuxarıya doğru əks etdirən güzgü də olur. Bunlar güclü LED-lərdəki “Bragg reflektoru” ilə eyni funksiyanı yerinə yetirirlər. Kəpənəyin işıq sistemində LED-lərdəki kimi öz radiasiya enerjisini hazırlayan yarımkeçirici yoxdur. Dr. Vukusik BBC-nin internet səhifəsində yerləşdirilən müsahibəsində kəpənəkdəki bu xüsusiyyətin əldə edilən keyfiyyəti iki qat artırdığını bildirir.
Buna bənzər cihazın dövrümüzün texnologiyası ilə düzəldilməsi bu işıq saçma sisteminin təsadüfən əmələ gəldiyini irəli sürmək tamamilə ağıldankənardır. Aydındır ki, Allah haçaquyruq kəpənəyi və digər kəpənəklərlə xəbərləşmək üçün istifadə etdiyi mükəmməl işıq saçma sistemini qüsursuz şəkildə yaratmışdır.
Reflektorlar üzərlərinə düşən işığı geri əks etdirmək məqsədilə istifadə edilən istiqamətləndirmə vasitələridir. Bir reflektor üzərinə düşüən işığı nə qədər çox geri qaytarırsa, o qədər keyfiyyətlidir. Keyfiyyətli reflektorları hazırlamaq üçün xüsusi məmulat və optik bilik lazımdır (Sonuncu şəkilə baxın). Haçaquyruq kəpənəyin qanadı da bu cür refloktorlarla örtülüdür. Şübhəsiz, haçaquyruq kəpənək reflektorlarla fotonik kristalları birlikdə istifadə etmək üçün lazım olan bilik və zəkadan məhrumdur. Sistem təkamülçülərin iddia etdiyi kimi təsadüfi dəyişikliklərlə mərhələ-mərhələ əmələ gəlməyəcək qədər mürəkkəbdir. Kəpənəkdəki bu quruluş bir anda və tam şəkildə üzə çıxmışdır. Sonsuz elm və qüdrət sahibi Allah bu qüsursuz sistemi kəpənək ilə birlikdə yaratmışdır.
İzhar Kazımov
XƏBƏR LENTİ
Günün ulduz falı - 16.09.2013
Azərbaycan kəlağayısı Qeyri-maddi mədəni irs Siyahısına daxil edilə bilər
Yay aylarının ən faydalı meyvələri
Qeyri-adi hallarda görə biləcəyiniz şəkillər
5 ən qorxulu reklam çarxı...
Ürəyi infarktdan qoruyan 10 faydalı qida
Hər gün aldığımız bu qidalar xərçəng yaradır-SİYAHI
Mətbəx üçün praktik məsləhətlər
Valideyinlərə SOS - Uşaqlar necə "zəhərlənir"?
Bu da yeni "iPhone"
Toxumağı öyrənək. Dərs-3
Dahilərdən gözəl sözlər-9
Cizgi filmləri xatırladan kafe
Uşaqlar üçün ad günü tortları
Zərif xanımlar üçün gecəliklər
Nişan şirniyyatları
Ah, qadınlar!
1 sözdən ibarət kitab
Sıla YENİ İMİCDƏ-FOTO
Kadırov bütün müsəlmanların əvəzinə sərt cavab verdi
Şəhidimizin ailəsinə yazdığı son məktub
Bulvarda 15 gün "Lazer şou" olacaq
Qızımıza yubka hazırlayaq
İtə ataram, yada satmaram !
Dərini cavanlaşdıran maska
Hava haqqında - 13.03.2014
Saçını yığmağı sevənlər üçün saç modelləri
Sürücülərin nəzərinə: 4 gün qaldı
Günün qoroskopu: ətrafınızdakı olayları laqeydliklə müşahidə etməyin
Britaniyalı sarışınları saç boyalarından məhrum edə bilərlər
"Deyirlər məhəbbət xariqələr yaradır..."
Putin İrəvanı susdurdu
"Instagram"da Yeni TƏLƏB
Sərnişin təyyarəsi yerə çırpıldı: alov bürüdü - VİDEO
Mayli Sayrus onunla bir evə köçdü
Uşaqların öz məhkəməsi olsun
Azərbaycanda mülayim hava şəraiti nə vaxta qədər davam edəcək?
Xocavəndin Böyük Tağlar kəndindən görüntülər - VİDEO
Arıqlamaq üçün səhərlər nə yeməli?
Məşhur müğənni üçüncü dəfə ərə gedir
Dünyanın ən varlı adamının gəlini olacaq-FOTO
Qadın.Net-lilərin qorxu dolu anları (I hissə)
Gözəlliyi ilə seçilən quşlar
Küçə rəssamının əlvan velosipedləri - FOTO
ÇÖKDÜRMƏ KABABI
Bulvarda yeni attraksionlar
Kral Oksanadan boşandı-SƏBƏB
Sadə çantaya dekorasiya vermək
Eşqə oyanmaq
Ağbənd sərhəd zastavasında Azərbaycan bayrağı dalğalanır - VİDEO
- ŞƏRHLƏR