ANS PRESS-in araşdırmasına görə, Tovuzdakı vəziyyəti bütün Azərbaycana xas etmək olar. Təhsil Nazirliyindən verilən məlumata görə, bu il ölkənin ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrində müəllim kimi işləmək iştəyənlər üçün 2975 vakant yer var. Həmin yerlər uğrunda keçirilən imtahanlarda iştirak etmək üçün 17962 müəllim ərizə verib. Ümumi təhsil məktəblərindəki vakant yerlərdən yalnız 234-ü Bakının payına düşür və bu vakansiyalar əsasən fiziki tərbiyə, musiqi və informatika fənləri üzrədir. Paytaxda həmin ixtisaslar üzrə müəllimlər daha çox başqa sahələrdə işləmək istədiklərindən müəllimə ehtiyac yaranır.
Yəni əsasən əyalətlərdə yaşayan 15 minə yaxın müəllim bu il də işsiz qalacaq. Və göründüyü kimi, elan edilən vakant yerlərin sayının işsiz müəllimlərin sayından az olması ölkədə müəllim çatışmazlığı ilə bağlı çalınan həyəcan təbilinə uyğun gəlmir. Nə baş verir, Təhsil Nazirliyin iki açıqlaması niyə bir-birinə uyğun gəlmir?
Təhsil eksperti Məlahət Mürşüdlü vakant yerlərlə işləmək istəyən müəllim sayı arasında kəskin fərqi orta məktəblərdəki vakansiyaların sayının əvvəlcədən müəyyən edilməməsi ilə izah edir. Ekspert qeyd edir ki, Təhsil Nazirliyi məsələ isə bağlı starteji planladırma işlərini düzgün aparmır və nəticədə işsiz qalan müəllimlərin sayı durmadan artır: “Planlaşdırma zamanı məktəblərdəki şagirdlərin və bölgələrdəki müəllimlərin sayı əsas götürülməlidir. Həmin məktəblərdə tələb olunan müəllimlərinin sayının strateji təhlili düzgün aparılmalıdır. Vakant yerləri doldurmaq məqədi ilə müsabiqədən keçməyən müəllimləri işə götürmək düzgün deyil”,- deyə Məlahət Mürşüdlü ANS PRESS-ə bildirib.
Təhsil eksperti Nadir İsrafilov isə problemləri müəllimlərin işə qəbulu ilə bağlı tələb edilən şərtələrin çox ağır olması ilə izah edir: “Kənd yerində müəllim bir məktəbdən başqa bir məktəbə keçmək üçün 20 maddənin tələbinə cavab verməlidir. Müəllimlərin işə qəbulu ilə bağlı qərar sadələşdirilməlidir. Yeni qayadalara görə, dağın başında yaşayan və kompüter biliyi olmayan müəllim də internetə girərək işləmək üçün qeydiyyatdan keçməlidirlər. Ona görə də, kənd yerlərindəki məktəblərdə olan vakant yerlərin sayı hər il artır”,- deyə Nadir İsrafilov vurğulayır.
Nadir İsrafilov müəllim çatışmazlığının əsasən kənd məktəblərinə xas olduğunu deyir. Onun sözlərinə görə, müəllim işləmək üçün sənəd verənlərin əksəriyyəti rayonlarda işləmək istəmirlər. Bunun isə müxtəlif səbəbləri var: “Bölgələr işə göndərilən müəllimlərə əlavə güzəşlər tətbiq edilməlidir. İndi də güzəştlər nəzərdə tutulur. Amma nəzarət edən yoxdur. Onları müəllim işləmək üçün bölgələrə göndərilirlər. Amma rayonlara göndərilən həmin şəxslər orada dərs saatının azlığı və məvacib çatışmazlığı ilə üzləşirlər. Belə olan halda da bölgələrdə müəllim çatışmazlığı yaranır”.
Təhsil Nazirliyi də bu iradla razılaşır və indən belə rayonlara işləməyə göndərilən müəllimlər üçün əlavə güzəştlər tətbiq olunacağını vurğulayır. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, rayon mərkəzlərindən 20 km-dən artıq məsafədə yerləşən ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan hər bir nəfər üçün 3 il müddətində aylıq əmək haqqına ayda 70 (yetmiş) manat məbləğində əlavə vəsait ödəniləcək:
“Ümumi təhsil müəssisələrində dövlət sifariş ilə işləyən və 35 yaşa qədər olan gənc mütəxəssislərə 3 il kommunal xidmətlərini ödəmək üçün ayda 40 manat məbləğində kompensasiya verilməsi, kənd rayonlarında konkret iş yerlərinə göndəriş almış gənc mütəxəssislərə yol xərci, əmlakın daşınması üçün nəqliyyat xərci və ilkin yaşayış şəraitinin yaradılması məqsədi ilə əmək haqqının iki misli həcmində birdəfəlik yardım ödənilməsi nəzərdə tutulub”.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Fahriye Burak Özçviti belə təbrik etdi-FOTO
Dünyanın ən çoС… qazanan klubları
10 il sonra "Mucize doktor"la geri qayıtdı
BÜRCLƏR bizə nə vəd edir?-22 Sentyabr
Hərbi Komandanlıq işğal olunmuş ərazilərdəki dinc əhaliyə növbəti dəfə müraciət ünvanlayıb
Azərbaycanda bəzi insanlara xəbərdarlıq: həyəcanlanma yuxarı səviyyədə olacaq
Fotoqraf Rene Maltetedən mükəmməl zamanlama ilə fotolar
Nazirlər Kabinetindən infeksiyaya görə valideynlərə ÇAĞIRIŞ
Mehmet Ali Erbil sevənlərini qorxutdu-FOTO
Azərbaycanda tələbələrin attestasiyadan keçirilməsi qaydası açıqlandı - RƏSMİ
Ən praktik icadlar
Yaz havası geri qayıdır
"Sovetski" sakinlərinə kompensasiya verilməsi dayandırıldı
HAVA necə olacaq?- 28 fevral
Süni mayalanmada ictimai qınağı necə sındırmalı?
Bitməyən savaş
Baş bəlamız - seriallar
Azərbaycanda kitabxanaçılığın inkişafı üzrə yeni Dövlət Proqramının layihəsi hazırlanır
SMS müraciətlərində gecikmələrlə bağlı RƏSMİ AÇIQLAMA
Louis Vuitton kimdir?
Uşaq vaxtı öyrədiləcək 8 məqam
"Brilyant oğlan" evlənir
Meyvə-tərəvəz qiymətini saytdan öyrənmək olacaq
Yanan binadan prezidentə şikayət
Tarix yazan hərbçilərimizin Şuşada qartopu əyləncəsi - VİDEO
"Yaşıl Marafon"a start verildi
Kuklaya bənzəmək üçün 1 gündə 6 əməliyyat keçirdi -FOTO
Bakıda yağış gözlənilir
Ən ağıllı heyvanlar hansılardır?
Tariximiz zənginliyimizdir: Cek kurqanları
Azərbaycanda uşaqlara qoyulan ən qəribə adlar: Ronaldo, Messi, Ataman...
Qısa ətəkli ziyafət geyimləri
ÜST-dən qarşıdakı iki ay üçün koronavirusla bağlı qorxulu proqnoz
Azərbaycanlı zəvvarların ilk qrupu sabah səhər Həcc ziyarətinə yola düşəcək
Aslıdan Murada daha bir şərt-SƏBƏB
Məşhur müğənni İlk Dəfə Ana oldu-FOTO/VİDEO
Məktəblər açılsa, hansı şərtlərə əməl olunmalıdır?
Barkod nədir?
Klinton Trampdan 1,5 milyon çox səs toplayıb
Girovlarımızı burda tuturlar
Qızının ad gününə taxtadan avtomobil düzəltdi - FOTO
Evdə protein müalicəsi
Ən çox bu avtomobillər oğurlanır
Şvarsneger pərəstişkarını depressiyadan edir-FOTO
Azərbaycanda şaxta olacaq, yollar buz bağlayacaq
Marsda insan başı tapıldı
Viza rüsumu ləğv olunur
Qarabağda fəlakət gətirən müharibə xəbərdarlığı
ODLU TORNADO hər kəsi qorxutdu-VİDEO
Rejissor maska taxmadığı üçün filminin premyerasından qovuldu
- ŞƏRHLƏR