* 2005-ci ildə Danimarka və İsveç ərazisində Hadran adlı qasırğa baş vermişdi. Qasırğa nəticəsində böyük ərazidə çoxlu ağaclar kökündən çıxmış, məhv olmuşdu. Bu ağacları İsveçin cənubunda toplayıb odun anbarı yaratmışlar. Bu anbar dünyada ən böyük anbardır. Belə ki, anbarın uzunluğu 2,5 km, hündürlüyü 13 m, 75 min kub metr olmuşdur.
* Janna Kalmon adlı bu fransız xanım ən çox yaşayan xanım kimi Ginnesin rekordlar kitabına düşüb. O, 1875-ci ildə dünyaya gəlmiş, 1997-ci ildə vəfat etmişdir. O 122 il 164 gün həyat sürmüşdür. 85 yaşında o qılınc oynatma ilə məşğul olmuş, 100 yaşında isə velosiped sürmüşdür. 114 yaşında filmə dəvət alıb, 117 yaşında isə siqareti tərgitmişdi. Onun ən çox işlətdiyi cümlə bu olmuşdur: "Allah məni unudub, deyəsən". Onun 120 yaşı tamam olanda ona "Gələcək haqqında nə düşünürsünüz?" sualını vermişlər. O da çox maraqlı cavab verib: "Gələcək mənim üçün çox qısa olacaq".
* Dünyada ən qısa müharibə 1896-cı ildə Britaniya və Zanzibar arasında baş vermişdir. Müharibə cəmi 45 dəqiqə sürmüşdür.
* Deyilənə görə, bir dəfə Napoleon Bonapart yoxlama zamanı əsgərin saat postunda yatmış gördü. Onu yuxudan oyadıb sərt cəzalandırmaq əvəzinə onun yerində dayanmış və postu qorumuşdur. Lakin həmin dövrün qanunlarına görə həmin əsgər mühakimə olunmalı və ölüm cəzası ilə cəzalandırlımalı idi. Zabitlərdən biri bu səhnənin şahidi olmuşdur. Əsgər yatır, Napoleon Bonapart isə keşik çəkir. Bu xəbər sürətlə əsgər və zabitlər arasında yayılmış və Napoleona qarşı hörmət və inam daha da artmışdır. Bundan sonra ordu onun üçün ölümə belə getməyə məmnuniyyətlə razılaşdı.
* "Titanik" gəmisinin qəzaya uğradığı zaman tək insanlar xəsarət almadı. O zaman bu gəmi ilə Misir şahzadəsi Amen Ra-nın mumiyası da ABŞ-da Britaniya muzeyinə gətirilməli idi. Lakin qəzada o da məhv oldu.
* Birinci Yekaterinanın inaqurasiya paltarı
* Bir gün məşhur yazar Fransua Rablenin Liondan Parisə getmək üçün pulu olmayıb. Bu zaman o 3 paket hazırlayır və hər birinin üzərinə yazı yazır. 1-ci paketin üzərinə "Şah üçün zəhər", 2-ci paketin üzərinə "Şahın xanımı üçün zəhər", 3-cü paketin üzərinə "Dofina üçün zəhər" yazır və oteldə göz qarşısında qoyur. Bundan xəbər tutan otel sahibi polisə müraciət edir və Fransua Rableni Şah 1-ci Fransiskinin yanına gətirirlər. Əslində şahla dost olan yazar bu paketlərin içindəki şəkəri su ilə qarışdırıb içdikdən sonra şaha problemini bu yolla həll etdiyini danışdı.
* 1931-ci ildə Monte-Karlo şəhərində Çarli Çaplinin dublyorunun seçilməsi üçün müsabiqə keçirilib. Çarli Çaplin hakimlərdən gizlin bu müsabiqəyə qatılmış və 3-cü yerə layiq görülmüşdür.
* Məktəb illərindən bilirik ki, İvan Qroznı öz oğlu İohanı vuraraq öldürüb. O, bunu onun başına ağacı ilə vuraraq edib. Zərbədən bir neçə gün sonra şahzadə İohan vəfat edib. Lakin bu, heç də belə deyil. 1963-ci ildə Kremlin Arxanqelsk kilsəsində İvan Qroznı və onun oğlu şahzadə İohanın qəbri açılıb. Ekspertiza şahzadənin kəllə-beyin sümüyündə heç bir xəsarət aşkar etməyib. Lakin daha maraqlı bir fakt aşkar edib. Ekspertiza şahzadə İohanın, onun anası Anastasiya Romanovanın, İvan Qroznunun anası və birinci arvadında da ölümcül civə aşkar edib. Bu da o deməkdir ki, bu onlara qarşı uzun müddətli, planlı şəkildə hazırlanmış sui-qəsd olub.
* Dünyada ən böyük timsah Mərkəzi Afrikanda 2002-ci ildə tutulub. Timsahı Fransalı Patris Faye adlı ovçu tutmuşdur. Bu bu timsah son 100 ildə Ruzizi çayında yaşamışdır. Onun uzunluğu 6 metr, çəkisi isə 1 ton olmuşdur. Deyilənə görə, bu timsah ən az 50 insanın ölümünə səbəb olmuşdur.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Qadin.Net-lilərin 2-ci görüşü (Bakı)
İranlılara ümrə ziyarəti yasaqlandı
Bəzi rayonlarda qaz olmayacaq
Bacarıqlı xanımlar üçün (3)
Samsung Galaxy S8-in yeni versiyası hazırlanır
“Eurovision” qalibi 11 illik xəstəliyindən danışdı
Maradona yenə heyrətləndirdi
Milyarderlərin "AND"-ı nə üçündür?
Bu il manat yenə ucuzlaşacaq
Hadisə evinə girən fanatını bağışlamadı
Sus, düz otur, hamı bizə baxır...
Siz hansı tip anasınız?
Göy soğan piroqu (foto-resept)
Saç düzümləri
Ərzaq qiymətlərində süni artımın qarşısının alınması üçün TƏKLİF
Bakı bir səyyahın dilindən
Rusiyada əhalinin 37 faizi internetdən istifadə etmir
Nevroz və ürək xəstəliklərinin səbəbi
Baxmaqdan doymayacağınız 11 göz makiyajı
Dünya bazarında neftin qiyməti
Kiçik yataq otaqları üçün tövsiyələr
Mənfi və müsbət qüvvələri necə idarə etmək olar?
Leyla Əliyevadan bayram təbriki-FOTO
Google Glass sərnişinlərə xidmət edəcək
Xoşbəxt olmaq üçün düyü yeyin!
Öcalan üçün ilk əfv
File dolması (foto resept)
Plastik boru satışı qadağan edildi
Lukaşenko Belarus konstitusiyasını dəyişdirməyi təklif etdi
Viktoriya sevgi döyməsini sildirdi-FOTO
Ən gözəl afrikalılar
Çox yemək istəyinin qarşısını almaq üçün 3 qayda
Gələn il üçün qlobal soyuma proqnozlaşdırılıb
Məşhur aktrisa da 1 milyon dollar bağışladı
"Məni sancmayan ilan, 1000 il yaşasın"
Təzə BMW-lərdə ağlagəlməz qüsur aşkarlandı
Azərbaycan ordusu düşmənin xüsusi təyinatlı hərbi hissəsini bölmələri ilə birgə məhv etdi - RƏSMİ
Qiyamət bunkeri
Bakıda daha bir yol çökdü
Azərbaycanda pediatr, yoxsa ailə həkimi?
Toy tortları
Dörd mindən çox rus hərbçisi Ermənistan, Rostov və Volqoqradda təlimlərə başladı
Daha bir erməni həyasızlığı
Burma (foto resept)
Ətli blinlər (foto-resept)
Burak Özçivit
Şəkərbura (foto-resept)
Obsidan daşı
Bakı vağzalından hava limanına dəmir yolu çəkiləcək
Təhlükəsizlik kamerasını izləyəndə şoka düşdü - FOTO/VİDEO
- ŞƏRHLƏR