Dırnaqyemə vərdişindən əziyyət çəkənlər, hələ də, var
İnsanların əksəriyyəti ömründə bir dəfə də olsa dırnaqlarını yeyir. Belə ki, mütəxəssislərin fikrincə, öz dırnağının “dadına” baxmayanlar “nadir” insanlardan hesab olunur. Bir çoxları dırnaq yeməyi tərgitsə də, bu pis vərdişdən əl çəkə bilməyənlər də var. Virus mənbəyi olan dırnaqlar insan orqanizmində ciddi fəsadlar yarada bilir. Azyaşlı uşaqların orqanizmində isə bu təhlükə ikiqat artır. Belə ki, daim əli ağzında olan uşaqlar normadan 3 dəfə artıq mikrob udmuş olur.
“Şeytan balalarını dırnaqda gizlədir”
Dırnaq yeməyə 3 yaşından başlayan Günay Quliyeva 27 yaşı olmasına baxmayaraq, bu pis vərdişi tərgidə bilməyib. Həmsöhbətim bildirdi ki, o dırnaqlarını özündən asılı olmadan yeyir: “Valideynlərim pis vərdişdən əl çəkməyim üçün əllərindən gələni edirdilər. Hətta uşaq vaxtı anam deyirdi ki, şeytan öz balalarını dırnağın içində gizlədir. Anamın bu sözündən sonra bir müddət dırnaq yeməmişdim. Lakin məktəbə başlayandan sonra yenidən dırnaq yeməyə başladım”. Həmsöhbətim bildirdi ki, onun mədə-bağırsağında daim problemlər olub və həkimlər bunun qarşısının alınması üçün dırnaq yeməyi qadağan ediblər.
Qurd yumurtalarının yuvası
Terapevt Məlahət Abbasova qəzetimizə açıqlamasında bildirdi ki, dırnaqlar orqanizmdə ən çirkli yerlərdən hesab olunur: “Əllərimiz hər zaman ətraf mühitlə təmasda olduğu üçün dırnağın altına mikroblar, ən əsası isə qurd yumurtaları toplanır. Bu səbəbdən dırnaq yeyən insanlarda, xüsusilə də uşaqlarda ilk növbədə mədə-bağırsaq sisteminə infeksiyaların düşməsi və qurd yumurtalarının dırnaq vasitəsilə orqanizmdə inkişaf etmə qorxusu yaranır. Qurd invoziyaları insan orqanizmində qorxulu fəsadlar yaradır. Təsadüfi deyil ki, qorxulu xəstəliklərdən sayılan qurd xəstəliklərinə ən çox dırnaqlarını yeyən uşaqlarda rast gəlinir”.
M.Abbasovanın sözlərinə görə, belə fəsadların qarşısını almaq üçün körpəlikdən uşaqların barmaq əmmə və dırnaq yemə vərdişlərini tərgitmək lazımdır: “Uşaqlar barmaq əmməyə lap körpəlikdən vərdiş edir. Əmzikləri olmayanda barmaqlarını əmzik sanırlar və əmməyə başlayırlar. Daha sonra uşaq barmaq əmməkdən dırnaq yeməyə keçir. Bu halı uşaqlarda mümkün qədər tərgitdirmək lazımdır”.
Terapevt bildirdi ki, dırnaq özü keratin maddəsindən ibarət olduğu üçün əl təmiz olsa belə onu yeməyin fəsadları qaçılmazdır. Çünki, əllər nə qədər yuyulsa da dırnağın altına toplanan mikroblar yuyulmur.
Pis vərdişlərin yaranma səbəbləri
Mütəxəssislər dırnaq yemə vərdişlərinin psixoloji problemlərlə əlaqəli olduğunu da bildirirlər. Türk alimləri hesab edir ki, dırnaq yemək vərdişi sıx qayğıları olan və yaşadığı çətinliklərin öhdəsindən gələ bilməyən insanlarda daha çox baş qaldırır. Eyni zamanda, həyatında boşluq və əskiklik hiss edənlərdə də belə vərdiş müşahidə oluna bilər.
Psixoterapiya Mərkəzinin uşaq psixoloqu Günel Məhərrəmova bizimlə söhbətində bildirdi ki, dırnaq yemə vərdişi xüsusilə 3-5 yaşında olan uşaqlar arasında geniş yayılıb. Bu vərdişin yaranma səbəbləri haqqında danışan psixoloq bildirdi ki, bunu tərgitmək üçün valideyn övladına təzyiq göstərməməlidir: “Uşaqlar arasında yayılan bu vərdişlər ümumiyyətlə, uşağın hər hansı bir narazılığı ilə bağlı olur. Altını islatmaq, dırnaq yemə, barmaq əmmə və digər fobiyalar uşaqda gərginlikdən, narahatçılıqdan yaranır. Dırnaq yemək isə uşağın həyatında müxtəlif səbəblərlə bağlı ola bilər. Bunlardan birincisi yamsılamaqdır. Uşaq öz əhatəsində kimdəsə bu vəziyyəti görür və təqlid etməyə başlayır. İkinci hal narazılıqla bağlı olur. Məsələn valideynləri arasında hər hansı konfliktlər olduqda, uşağı həddən artıq qorxutduqda, uşağa qarşı ciddi olduqda, uşağı avtoritar rejimdə saxladıqda, ona kifayət qədər sevgi, diqqət göstərmədikdə azyaşlılarda narazılıqlar yaranır. Üçüncü hal isə inkişaf mərhələsidir. Uşağın ilkin tələbatı sorma-əmmə tələbatıdır. Öncə o, ana südünü əmir. Bu, onun həm fiziki, həm də əmmə tələbatını ödəyir. Bəzən uşaq həmin mərhələni düzgün formada keçə bilmir. Bu mərhələ düzgün formada keçilməyəndə gələcəkdə uşaq öz fiksasiyasını göstərir. Məsələn, bu zaman uşaq tox olduğu halda ya çox yemək istəyir, ya da əlinə nə keçirsə ağzına salır. Barmağını ağzına aparır, eyni zamanda da dırnaq yeyir”.
Dırnaq yeməyi necə tərgitməli?
Uşaqlarda dırnaq yeməyin qarşısının necə alınması haqqında məlumat verən psixoloq bildirdi ki, əgər bu, vərdiş halını alırsa, tərgitmək çox çətin olur: “Dırnaq yemə varsa öncə buna səbəb olan hadisələri təyin etmək lazımdır: " Məsələn, valideyn uşağa deyir ki, dırnağını yemə və yaxud dırnağını yeməməsi üçün onu qorxudur. Belə hallar düzgün deyil. Çünki bunu edən zaman biz öncə uşağın diqqətini ora yönəldirik. Bunun heç bir xeyri olmur, o, dırnağını daha çox yeməyə başlayır. Buna görə də əvvəlcə səbəbi tapmaq, sonra onu aradan qaldırmaq lazımdır”.
Qeyd edək ki, statistikaya görə, dırnaqyemə vərdişi uşaqlarda təxminən 3-4 yaşlarında formalaşır. Bu yaşda körpələrin 33 faizində sözügedən vərdişə təsadüf olunur. Həddi-buluğa çatmış insanların da 40-45 faizində dırnaqyemə probleminin daşıyıcılarına rast gəlinir.
XƏBƏR LENTİ
Şəkidə böyük inzibati kompleks tikilir
"Rembo" görüntüsü ilə sevənlərini MƏYUS ETDİ-FOTO
Üç yaşınadək uşağı olanlara ŞAD XƏBƏR
Rəssamlıqdan bezən rəssam
Azərbaycanda maaş kreditə tutula bilərmi?
Daha bir ölkə sərhədlərini turistlərin üzünə açdı
Hər şeyin balacası
36 yaşını Maldivdə qeyd etdi-FOTO
Qurama (Dərs I)
Qışda böyrəkləri necə qorumalı?
Demet Özdemir hər kəsi TƏƏCCÜBLƏNDİRDİ
Qız Qalasında “Bakı-2015”lə bağlı şou
Qadın döyüşçülər belə hazırlanır
Övladınıza ad qoyarkən düşündünüzmü?
Suriyada törədilən terror aktlarında 100 nəfər həlak oldu
Şirin rolla (foto resept)
Azərbaycanda koronavirusdan 5 nəfər öldü: 168 yeni yoluxma - RƏSMİ
Azərbaycanda karantin yenidən sərtləşdirilir - RƏSMİ
Azərbaycanda 4 kənddə işləyənlərin maaşları artırıldı
Erməni politoloq: "Azərbaycan bizdən güclüdür"
Bir öskürək 35 min dollara başa gəldi - FOTO/VİDEO
Uşağa yod çəkərkən diqqətli olun! - PEDİATR Xəbərdarlığı
İştahı azaldan bitkilər
Üç gün ərzində Ermənistana neçə rusiyalı sülhməramlı gəlib? - VİDEO
Bu gün bir əsrdə 14 dəfə baş verəcək hadisə yaşanacaq
Yeni ixtira telefonu bir neçə saniyəyə şarj etməyə imkan verəcək
Sibel Can İlker Koçu məhkəməyə verdi
Məşhur serialda yenilik-FOTO
Bakıda sürücülər və piyadalar üçün yeni xəbər
"Paleo-xəritə"
Hindistan qozlu şokoladlı tort (foto resept)
MN: Ermənistana məxsus “Su-25” təyyarəsinin vurulması erməni hərbi təbliğat maşınının növbəti fantaziyasıdır
Filippində "Yer gözəli" müsabiqəsi start verdi-FOTO
Muğam Mərkəzində “Natiq” ritm qrupunun konserti keçiriləcək
18 milyon izləyicisi olan sürücü-FOTO
Dəbli koftalar
Bu gün işğaldan azad olunan Ağdama komendant təyin edildi - RƏSMİ
Ananas tortu (foto resept)
Unutqanlıq nədir?
Miqdarına görə ölümə səbəb olan ərzaqlar
Günün qoroskopu: arzularınızdan birinin reallaşmasına çox az qalıb
Saçlarımız üçün şampun hazırlayaq
Biri birindən gözəl xalçalar
Məşhur aktrisanın toyu oldu-FOTO
Qubadlını artilleriya atəşinə tutan düşmənə cavab atəşi açılıb - RƏSMİ
Google Glass dirçəlir
25 ildən sonra "Barsa" "Kral"ın rekordunu vurdu
O kişilərin bəxti gətirdi
Azərbaycanda daha 125 nəfər koronavirusdan sağaldı
Qar altında qalan şəxs 10 saat sonra xilas edildi
- ŞƏRHLƏR