Mina çiçəyi sapsız yarpaqları tüklərlə örtülü, çiçəkləri sünbül vəziyyətində rəngarəng, mavi və ya bənövşəyi rəngdə, sapı dördbucaqlı olan gözəl ətirli bir ot bitkisidir. Digər adları qanotu, göyərçinotu, verbena, vervain olaraq bilinir. Ən məşhur adı Verbena officinalisdir.
Verbana officinalis deyilən növü 30-80 sm boyunda, bir və ya bir çoxillik bitkidir. Sapı və kökü qlükozit və acı bir maddə ehtiva edir. Tökdüyü toxumlarıyla çoxalır. Ana vətəni bilinmir amma dünyanın bir çox yerində becərilir. Mina çiçəyinin bütün torpaqüstü seqmentləri bitki çiçək açmadan əvvəl yaz ortasında toplanır. Kölgə, quru və hava olan yerdə qısa bir müddətdə qurudulur.
İyul - sentyabr ayları arasında rəngarəng çiçəklər açır. İncə görünüşü sizi aldatmasın. Nazlanmayan, kaprizi olmayan, üstəlik çox da qulluq tələb etməyən, günəşə və günəşsizliyə dayanıqlı, nəm ehtiyacı az olan gözəl çoxillik bir bitkidir. Çox tələbkar olmadığı üçün dünyanın az qala hər yerində bu bitkidən tapılır.
Çoxillik və dayanıqlı bir bitkidir. Yarpaqları tüklü, tünd yaşıl rəngdədir. Qırmızı, ağ, bənövşəyi, mavi, çəhrayı kimi rəngləri mövcuddur. Çiçəyin ortası ağ və qara görünüşüylə balaca gözlərə oxşayır. Yetişən meyvələri tək toxumlu sərt meyvələr verir.
Çox torpaq ayrımı etməz. Orta və az nəm ehtiyacı vardır. Bağçasında yaşıllığı az olanlar üçün çox gözəl bir bitkidir. Onu bağçanızın hər yerinə əkə bilərsiniz. O şitil halında əkilir. Ancaq alacağınız şitilin az çiçəkli olmasına diqqət yetirin. Əkdiyiniz zaman ilk həftə hər gün sulamaq lazımdır. Sonrasında isə həftədə bir dəfə sulama bə edir. Sulayarkən suyu çiçəyin başından aşağı tökməyin. Torpaqdan sulayın. Yay aylarının sonlarına doğru gübrələmək tövsiyə edilir.
Bağçası olmayanlar kədərlənməsin. Bu bitki eyvan və saxsılarda da çox gözəl görünür və o şəraitdə rahat yaşaya bilir .Yay aylarında ölü budaqlarını kəsərək təmizləməyi unutmaq olmaz. Mina çiçəyinin ən böyük düşməni isə kifdir. Bunun üçün çox diqqətli olmaq lazımdır. Onu da qeyd edim ki, deyilənə görə limon iyinə bənzər qoxu verir. Bu ətir həm zehni həm bədəni canlandırır.
Çox dəbdəbəli bir bitki olmayan mina çiçəyi Köhnə Misir, Yunan, Çin, Romada və xristianlığın ilk yayıldığı dövrlərdə müqəddəs sayılıb təriflə xatırlanmış, eşq iksirlərinə qatılmışdır. Müasir dövrdə bitkinin faydası bu tərifləri haqlı çıxartmışdır.
Mina çiçəyinin faydaları:
Həzmi asanlaşdırır, iştah açır. Sidik qovucudur və tərlədici xüsusiyyətə malikdir. Yorğunluğu və yuxusuzluğu aradan qaldırır. Depressiya və miqren şikayətlərini azaldır. Baş, bel, oynaq, sinə və qulaq ağrıları zamanı fayda verir. Revmatizmə faydalıdır. Mədə və bağırsaqlara da yaxşı təsir edir. Öd kisəsi və sarılıq xəstəliyində yanğıları azaldır. Menstruasiya tənzimləyici və sancılarını azaldıcı təsirlərə malikdir. Diş çürüməsi və diş əti xəstəliklərində qarqara olaraq istifadə edilir. Boğaz əti iltihabı, soyuqlama, öskürək, astma və bronxitə qarşı faydalıdır. Sinirləri sakitləşdirici bir bitki olan mina çiçəyi yuxusuzluq şikayətlərinə və gərginliyə qarşı da faydalıdır.
Həmiçinin qurudulmuş yarpaqları, çiçəkləri və kökləri də qaynadılaraq istifadə olunur.
Bu təsirləri təmin etmək üçün mina çiçəyinin bütün torpaqüstü seqmentlərini bitki çiçək açmamışdan əvvəl - yazın ortasında toplanılır və bacardıqca tez bir zamanda qurudurlur. 1-3 çay qaşığı qurudulmuş bitkinin üzərinə 1 stəkan qaynar su tökülür. 10-15 dəqiqə bu şəkildə dəmləyərək əldə edilən çay, gündə üç dəfə bir stəkan olaraq içilir. Yuxusuzluqdan əziyyət şəkən zaman yatmamışdan əvvəl bir stəkan içilir.
Həmçinin mina çiçəyinin ətiri gözəl olduğu üçün müxtəlif ətirlərdə də ondan istifadə olunmuşdur.
Maraqlıdır: Mina çiçəyi barədə araşdırarkən qarşıma belə bir məlumat da çıxdı və bunu sizinlə bölüşmək istədim.
Son zamanlarda olduqca ön planda olan vampir filmlərində və seriallarında mina çiçəyinin(verbana) adı tez-tez eşidilir. Hətta kino və televiziya dünyasına görə üzərində mina çiçəyini daşıyan insanlar vampirlərin təsiri altına girmir.
XƏBƏR LENTİ
Bakıda bir neçə prospekt yenidən qurulacaq
Engin Altan “Diriliş Ərtoğrul”dan gedir
Yeni prezident ölüm hökmünü bərpa etmək istəyir
Prezident : "Həkimlərin peşəkarlığı, bilikləri artmalıdır"
Rusiya Türkiyəyə hücum etdi
Bella Hadid növbəti FOTOsu ilə diqqət çəkdi
Latviya buz festivalı
Monika Belluçidən yeni FOTOlar
Tarkandan bayram təbriki
Ətsiz kələm dolması (foto resept)
Uşaq otağı 2
Ən yaradıcı insanlar - REYTİNQ
2012-nin yaz-yay modası
50 min dollarlıq estetik əməliyyatın nəticəsi
Azərbaycanda 20 məktəbə yeni direktor təyin edildi - SİYAHI
Ingilis dili-XXII-2 Dərs
Azərbaycanda koronavirusa yoluxanların sayı rekord həddə çatdı
Magdanın qəribə əl işləri
Sabahın HAVAsı
Bakı, Sumqayıt və Abşerona giriş dayandırıldı
Həftə sonunun HAVAsı
Rublun düşməsi Azərbaycanlı sahibkarları müflis edib
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyəti açıqladı
2200-cü ildən gəlmiş zaman elçisindən ŞOK AÇIQLAMA
Nazirlikdən hava xəbərdarlığı
Qırmızı kələm salatı (foto-resept)
Günün qoroskopu: təəssüf doğura biləcək addımlar atmamaq üçün...
BDU-nun müasir tələbə şəhərciyi salınacaq
Çəhrayı ürək tortu(foto resept)
BÜRCLƏR bizə nə vəd edir?-30 Mart
Ən güclü şəbəkə yaradılacaq
Təhsil naziri: “Müəllimlərin maaşları artırılmalıdır”.
Dünyanın dahi məşqçisinin adını küçədə əbədiləşdirdilər
Düşmənin yüksək rütbəli zabiti məhv edildi - RƏSMİ
Onu unuda bilmirəm...
Rusiyadan təyyarə sərnişinlərinə yeni məhdudiyyət
Ömür yolu
Heyvanlar insanlara donor olacaqlar
Hər qadını maraqlandıran sual: ağrısız doğuş mümkündürmü?
"Qisas alınmayana qədər, 0:8-i unutmaq mümkün olmayacaq"
Təkamül nəzəriyyəsi əleyhinə ən axmaq 10 iddia
Makiyaji incəsənətə çevirən Luna
Rus qırıcıları türkmən ərazilərini bombaladı
Aşbaz 5 milyon avroya təyyarə alır
İlanla evləndi-FOTO
Mark Sukerberqdən riyaziyyatçılara 3 milyon dollar
Meyvələrdən portret çəkdi
İnternetdə viruslara kimlər inanmır ?
5 gözəllik trendi
Qadınlar, ah bu qadınlar...
- ŞƏRHLƏR