Azərbaycan dirijoru, əməkdar incəsənət xadimi, professor Azad Əliyev 63 yaşında vəfat edib.
Maestronun yaxınları Trend-ə bildiriblər ki, tanınmış musiqiçi ürək çatışmazlığından dünyasını dəyişib.
Azad Sabir oğlu Əliyev 1951-ci il martın 29-da Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Konservatoriyasını 1974-cü ildə fortepiano ixtisası, 1980-ci ildə isə vokal ixtisası üzrə bitirib. Pedaqoji fəaliyyətə 1960-cı ildə 6 в„–-li musiqi məktəbindən başlayıb. A.Zeynallı adına orta ixtisas musiqi məktəbində və Sumqayıt orta ixtisas musiqi məktəbində pedaqoji fəaliyyətlə məşğul olub. 1974-1982-ci illər ərzində Azərbaycan Dövlət Konservatoriyasının Simli alətlər kafedrasında konsertmeyster vəzifəsində çalışıb. 1972-1980-ci illər "Respublika" sarayının baş səs rejissoru olub. 1980-ci ildə Sumqayıt orta ixtisas musiqi məktəbinin müdir müavini vəzifəsində çalışıb. Müavin işlədiyi dövrdə Sumqayıtda ilk kamera orkestri yaradıb və bu orketstrlə müxtəlif konsertlərdə çıxış edib.
1992-ci ildən Ş.Məmmədova adına Opera studiyasının direktoru və Bakı Musiqi Akademiyasının Opera hazırlığı kafedrasının müəllimi vəzifəsində çalışıb. Pedaqoji fəaliyyəti ilə yanaşı, ifaçı kimi də fəaliyyət göstərib. Eyni zamanda, Bakı Musiqi Akademiyasının Solo oxuma və opera hazırlığı kafedrasının dosenti olub. 1981-1985-ci illərdə xalq artisti, skripka ifaçısı S.Qəniyevlə birgə pianoçu kimi SSRİ-nin bütün ölkələrində konsertlərdə çıxış edib. 1992-ci ildən Opera studiyasında dirijor kimi bir çox opera tamaşalarını - "Aida", "Traviata", "Gizli nikah", "Sevil", "Arşın mal alan" və s. hazırlayıb. 1994-cü ildən Ş.Məmmədova adına Opera studiyasının bədii rəhbəri olub. 1999-cu ildən isə Bülbül adına orta ixtisas musiqi məktəbində "Kamera ansamblı" və "Müşayiət" sinfinin müəllimi olub. 2001-ci ildən Niyazi adına Radio və Televizyanın Simfonik Orkestrinin və Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin II dirijoru vəzifəsində çalışıb.2002-ci ildən Ü.Hacıbəyov adına Dövlət Simfonik Orkestrində ikinci dirijor kimi maraqlı konsert proqramları ilə çıxış edib.
"Opera hazırlığı" sinfində 20-dən artıq məzun yetişdirmişdir. Onlardan əksəriyyəti Opera və Balet Teatrının solisti, bəziləri də Azərbaycanın xalq artistləridir. 2006-cı ildən "Azteleradio" Qapalı Səhmdar Cəmiyyətinin Niyazi adına Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru vəzifəsində çalışıb.
2012-ci ildə əməkdar incəsənət xadimi adına layiq görülüb.
Aşağıda A.Əliyevin martın 13-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının səhnəsində Bakı Musiqi Akademiyasının Gənclər Kamera Orkestri ilə son çıxışından fotolar təqdim olunub.
A.Əliyevlə vida mərasimi sabah saat 12:00-da Bakı Musiqi Akademiyasında keçiriləcək.
Allah rəhmət eləsin!
Mənbə:ANS Press
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Netanyahu: "Dünyada İslama qarşı hücumlar təşkil olunmalıdır"
iPhone 6 belə olacaq?
Bu ilin ikinci Günəş tutulması olacaq
Sulu qara hazır olun
Azərbaycanda bu uşaqlara 36 manat veriləcək - Nazirlər Kabineti qərar verdi
Arxa ötürməli Kia GT4 Stinger
Dünyada ən ucuz internet hansı ölkədədir?
Dəbli çantalar
Uzun ömürlülüyün "açar"ı - Təndir çörəyi
Nazirlik: "Xəzərdən götürülmüş su içməli su kimi istifadə edilir"
Azərbaycanla Gürcüstan birgə ali məktəb yaradır
HAVA necə olacaq?- 8 APREL
"Heydər Əliyev Mərkəzindəki "Həyat, ölüm və gözəllik" sərgisi fantastik fürsətlər yaradıb"
"YouTube" rəhbəri uşaqlarına telefonu qadağan edir-SƏBƏB
Bu gün Azərbaycanda 169 nəfər koronavirusa yoluxub, üç nəfər vəfat edib
Şüşə olmasaydı
Günün ulduz falı
Qış şaxtalı keçəcək? - Rəsmi açıqlama
Telefon dələduzluğu: bizdə belə şeylər olurmu?
Qarın yağlarının sürətlə əridilməsi
Məşhur cütlük hər kəsin içində mübahisə etdi-FOTO
Kişi qadın dostluğu
Yay üçün ayaqqabılar
Boyunuza görə ideal kilo necə hesablanır?
Əhməd Ağayevin anım günüdür
Azərbaycanda peşə təhsili ilə bağlı strategiya hazırlanacaq
Qabaq kotleti (foto resept)
İrandan Azərbaycana maraqlı təklif
Dünyanın ən soyuq şəhəri
Pizza kağızlarından gəmi düzəltmək (FOTO)
Ulduz futbolçu: "Azərbaycan dilini..."
Yayda sağlam qidalanma üçün tövsiyələr
İlahilər
Stadion istismara verildi
Ağ və qırmızı turpun faydaları
Boyundakı duzları necə əritməli?
Jirinovskinin yeni sevdası
Məmməd Əmin Rəsulzadənin şəklinin üstü açıldı
Türkiyə döyüşə hazırdır
Xüsusi karantin rejimi günlərində pensiyaları necə almalı? - İZAH EDİRİK
Bayramdan sonra necə qidalanmalıyıq?
Bakı sürücülərinə müraciət olundu
BMW-dən ən sürətli 2-Series
Uşağın cinsiyyətini öyrənmək qanunla yasaqlanacaq
190 manat ailədən bir neçə nəfərə verilə bilər - Rəsmi
Dünya üzrə koronavirusa yoluxanların sayı 62 milyonu keçdi
Dünyanın ən bahalı kirayə evi odur?
Britni Spirs növbəti ailə qalmaqalına qarışdı
Yeni ildə bir həftə iş olmayacaq
Yaddaşı bərpa etmək olacaq?
- ŞƏRHLƏR