Müharibələr və onların çıxardığı qərarlar tarixin bir səhifəsidir desək, daha dəqiqi olar. E.ə.331 - Qavqamel döyüşündə Makedoniyalı İsgəndər Əhəməni çarı III Daranı məğlub etdi. Ancaq bununla davalar səngimədi. Yüz illər sonra öz torpaqlarımızda daha böyük faciələrdən birinin şahidi olduq. 1827-ci ilin bu günü general Paskeviçin rəhbərliyi ilə rus qoşunları İrəvan qalasını ələ keçirdilər. Beləliklə, 1747-ci ildə Nadir şah Əfşarın ölümündən sonra əsası qoyulan, ərazisi müasir Ermənistanı, habelə indiki Naxçıvan Muxtar Respublikasının Şərur və Sədərək rayonlarını və Türkiyənin İğdır elini əhatə edən İrəvan xanlığı süqut elədi.2 oktyabr Misir hökmdarı Səlahəddin Əyyubinin 1187-ci ildə Qüdsü səlibçilərdən azad etdiyi gündür. "Mən ya öləcəm, ya da bütün Yer kürəsini Allaha inanmayanlardan qurtaracam" - deyən hökmdar böyük xristian aləmi ilə üz-üzə qalmışdı. I Səlib müharibəsi 1096-ilin yazında başlandı. Həmin ilin payızında Fransa, Almaniya və İngiltərə feodallarının başçılığı altında cəngavərlər Şərqə doğru hərəkət etdilər. 1099-cu ildə Qüdsə çatıb oranı tutdular.
Bu gün 1552-ci ildə İvan Qroznının Qazan xanlığını ələ keçirdiyi gündür. Qazan xanlığı Qızıl Orda dövlətinin varislərindən biri olan bir türk dövləti idi. Tatar-monqolların birgə qurduğu Böyük Türk-Monqol İmperatorluğunun qurucusu, əslən türk olan Çingiz xanın 1227-ci ildə ölümündən sonra onun qurduğu dövlət bir sıra amillər üzündən parçalandı və yerində kiçik xanlıqlar yarandı. Bu xanlıqlardan biri də Qazan xanlığı idi. Onun yaradıcısı Cəlaləddin bin Toxtamışın oğlu, Qızıl Orda hökmdarlarından Uluğ Məhəmməd xandır.3 oktyabr tarixdə silinməz izlər qoyan insanların doğum günləri ilə də yaddaşlarda qalıb: görkəmli yazıçı, dramaturq Süleyman Sani Axundov (1875-1939), tanınmış tibb alimi, professor Tamerlan Əliyev (1921-1997), böyük rus şairi, yazıçı və dramaturq Mixail Yuryeviç Lermontov (1814 - 1841), şair Sergey Yesenin (1895-1925), fransız şairi, ədəbiyyatda sürrealizmin banisi Lui Araqon (1897-1982).3 oktyabr həm də məşhur SOS siqnalının qəbul edildiyi gündür (1906).4 oktyabr: yaddaşlarda daha çox 38 müsəlman dövlətinin Əfqanıstandan sovet qoşunlarının çıxarılması üçün BMT-yə müraciət etməsi ilə qalıb (1980).1901-ci ildə Bakıda müsəlman qızlar üçün ilk təhsil ocağı - Qızlar Məktəbi açılıb. Həsən bəy Zərdabinin təşəbbüsü ilə böyük mesenat, Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyevin inşa etdirdiyi bu məktəb Cənubi Qafqazda müsəlman xanımlar üçün ilk ali təhsil müəssisəsi idi. Məktəbin direktoru Həsən bəy Zərdabinin həyat yoldaşı Hənifə xanım Məlikova-Zərdabi idi.1864-cü ilin bu günü həm də dəhşətlərlə doludur - Hindistanda qasırğa 60 000 nəfərin həyatına son qoyub. 1936-cı ilin 5 oktyabrında Aşqabad şəhərində baş vermiş zəlzələ nəticəsində 110 min insan həyatını itirdi. Türkmən arxeoloqları paytaxt Aşqabad yaxınlığındakı Aktəpə adlanan şəhərcikdə əldə etdikləri maddi dəlillərə əsaslanaraq bəyan edirlər ki, qədim türkmən tayfaları bu ərazidə hələ bizim eradan dörd min il əvvəl məskunlaşıblar. Arxeoloqlar köhnə Aşqabadın ən azı 8 min il yaşı olduğunu və buranın heç vaxt tam boşalmadığını bildirirlər. Xatırladaq ki, müasir Aşqabad şəhəri rus hərbi qoşunları tərəfindən 1881-ci ildə İran sərhədində köhnə Aşqabadın 15-20 kilometrliyində salınıb. Lakin 1948-ci ildə baş verən növbəti zəlzələdə bu qədim türk yurdu bütünlüklə dağılmış, təxminən 150 min insan həlak olmuşdur.5 oktyabr eyni zamanda ədəbiyyatşünas, tənqidçi Məsud Əlioğlu (1928-1973) və bəstəkar, xalq artisti, professor Xəyyam Mirzəzadə anadan olduğu gündür (1935).5 oktyabr həm də - Beynəlxalq Müəllimlər Günüdür. 1966-cı il oktyabrın 5-də UNESCO-nun qərarı ilə təsis edilib. Dünyanın 100-dən çox ölkəsində, o cümlədən Azərbaycanda "Müəllimlərin peşə bayramı" kimi qeyd edilir.1914-cü ilin 6 oktyabrında dünyaca məşhur Norveç səyyahı Tur Heyerdal anadan olub. Qobustandan söz düşərkən Tur Heyerdal deyərdi: "Qobustan kökləri çox qədimlərə gedib çıxan və hətta Mesopotamiyadan daha qədim, doğru tarixi indiyə qədər öyrənilməyən mədəniyyət incisidir.". Qobustan, Naxçıvan, Qarabağ, Göyçə-Zəngəzur zonası və adları erməniləşdirilən İrəvan ərazilərindəki daşlara-qayalara həkk olunmuş təsvirlərin kompozisiyaları bir-biri ilə tam uyğunluq yaradır. Bu isə eyni taleyin, eyni düşüncə axarının davamı deməkdir.1923-cü ilin bu günü Azərbaycan SSR-in Mərkəzi İcraiyyə Komitəsi Dağlıq Qarabağ Muxtar Vilayətinin erməni əhalisinin müraciətini nəzərə alaraq vilayətin mərkəzi olan Xankəndi qəsəbəsinin adının dəyişdirilərək Bakı komissarı, daşnak-bolşevik Stepan Şaumyanın xatirəsinə Stepanakert adlandırılması barədə qərar qəbul edib. XVIII əsrin ortalarında Qarabağ xanları tərəfindən əsası qoyulan Xankəndi bölgənin çar Rusiyası tərəfindən işğalından sonra da öz tarixi adını saxlamışdı və Şuşa qəzasının tərkibinə daxil idi. 1923-cü il iyulun 7-də Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmışdı. Bundan cəmisi üç ay sonra Xankəndinin adının dəyişdirilməsi əslində, bölgənin erməniləşdirilməsinin, gələcək fəlakətlərin başlanğıcı idi.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Yarpağın macərası
Düzgün qərar qəbul etməyin yolları
Dahilərdən gözəl sözlər - 13
Həkimdən Bəhram Bağırzadənin vəziyyəti ilə bağlı AÇIQLAMA
Ana ilə yatmaq uşağın ürəyini müdafiə edir
Mehriban Əliyevadan xalqa çağırış
Rihanna fantastik qiymətə ev kirayələdi - FOTO
Koronavirus peyvəndinin qiyməti bəlli oldu
Günün ulduz falı
"Qayıq üçünçü dəfə platformaya çırpılanda parçalandı"
Meqan və Harri hər kəsi belə Təbrik etdi-FOTO
Çay gözəlləşdirir
Kredit götürmək istəyənlər üçün
Azərbaycanda orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulunun vaxtı açıqlandı
Apple gözləri izləyəcək
“Whatsapp”da yeni funksiya
Məşhur aktyor aparıcılıq etməyəcək-SƏBƏB
Günün qoroskopu: baş verənləri diqqətlə izləyin
Dəbli toy donları
Günün ulduz falı - 16.08.2013
O mesajlar niyə göndərilir? - Müdafiə Nazirliyi açıqladı
Moruqlu kekslər (foto resept)
6 erməni əsgər məhv edildi
Düşmənin kabusu: “Ermənilər azanın səsini eşidəndə qaçırdılar” - VİDEO
Məşhur aktrisa ən böyük qorxusunu AÇIQLADI-FOTO
Tarixin ən qaddar 10 qadını
Aydilge 35 kq-lıq gəlinlik geyinəcək-FOTO
Ərəb ölkəsində nikahdankənar yaşamağa icazə verildi
Saç tökülməsinin qarşısını alan maska
Arıqlamaq istədi, ölümdən döndü - FOTO
Hıçqırıq necə keçər?
Rezidenturaya qəbul imtahanlarının vaxtı açıqlandı
Peçenye keks (foto resept)
Obamadan yeni sanksiyalar
Sizi arıqladan 25 qida (1-ci hissə)
Koronavirusla bağlı SON STATİSTİKA
Bu smartfon 2 əməliyyat sistemində işləyir
Ceyms Bond filminin premyera tarixi dəyişə bilər-SƏBƏB
Gənc xanımlar üçün donlar
Azərbaycanlı idmançı Fransada 1-ci oldu
Di Kaprio Kendal Cenner ilə sevgilidir? - FOTO
Dekorativ Şamdan
Təbii makiyaj təmizləyiciləri
“Azərcell” ləğv olunur - SON DƏQİQƏ
Azərbaycanda ən çox rast gəlinən kişi və qadın bəlası
Şəkil çəkməyi bacaran heyvanlar
“Forma-83” elektron formada veriləcək
"Dəmir ledi"nin şəxsi əşyaları rekord qiymətə satıldı
Həyatı asanlaşdıran 10 ixtira
HAVA necə olacaq?-8 FEVRAL
- ŞƏRHLƏR