Yeni ana olan qadınların körpə doğulduqdan sonra necə qulluq edəcəklərinə dair özlərinə verdiyi bir çox sual işarəsi yaranır. Xüsusilə də ilk dəfə doğuş edən anaların ağılına ən çox ilişən sualların cavablarını yazımızda tapa bilərsiniz.
Körpənin ana südü nizamı
İlk həftələrdə əmizdirmə nizamsızdır və körpə hər istədiyində əmizdirilməlidir. Hər iki sinəni də bərabər müddətlərdə əmzirmək məsləhətdir. Körpə bir səfərdə tək sinəni əmsə, bir sonrakı səfər digər tərəfdən əmizdirmək lazımdır. İlk 10 dəqiqədən sonra gələn süd daha yağlıdır; körpədə doyma hissi oyandırır. Bir sinəni əmməsi bu səbəblə kafi ola bilər. Gündə təxminən 10-12 dəfə əmməsi və ilk 4-6 ay gecə bəslənməsi normaldır. Əmizdirilən körpəyə su vermək lazım deyil. Meyvə püresi və düyülü manna və s. qidalar 6 aydan sonra verilməlidi.
Körpənin nəcis və sidik sıxlığı
Körpənin ilk ayında nəcis sayı çox olur (gündə 6-8 dəfə). Ana südü ilə bəslənən körpələrin nəcisi çürüntü kimi olur. Nəcis ilk günlər yaşılımtıl, daha sonra qızıl sarısı rəngi olur. Süni qidalarla bəslənən körpələrin nəcis sıxlığı daha az olur. Bu körpələrdə qəbizlik da ola bilər. Körpənin gündə ən az 6-8 dəfə sidiyə çıxması lazımdır. Bu qidalanmanın kafi olduğunu göstərir. Bir iki ay sonra körpə 2-3 gündə bir dəfə nəcis edə bilər, bu da normaldır.
Körpənin altını dəyişdirmək
Körpənizin altını tez-tez dəyişdirin. Yemək yeməkdən əvvəl altı çirklidirsə və ya körpə narahatdırsa, körpənizin altını dəyişdirin. Qidalanma ilə bağırsaq hərəkətləri artacaq; bu səbəblə qidalanma sonrası da körpənizin altını dəyişdirməli olacaqsınız. Körpənin altını nəm pambıqla silə, çox çirkli olduqda isə yuya bilərsiniz. Hazır silmə bezlərini isə gəzintiyə aparanda və ya qonaq getdiyiniz yerdə istifadə edə bilərsiniz. Körpənin dərisi çox həssasdır. Nəm və ya çirkli bez uzun müddət (3-4 saat) qalsa, bişməcə olur. Bu vəziyyətdə körpə dərisinə uyğun bişməcə kremi tətbiq edə bilərsiniz. Unutmayın, qız uşaqlarının altları öndən arxaya doğru təmizləmək lazımdır.
Körpənin göbəyinə qulluq
Göbəyin və ətrafının təmiz və quru qalması lazımdır. Gündə 2-3 dəfə göbəyi dibindən spirtli pambıq ilə silin. Göbəyi bezin xaricində buraxmağa diqqət edin. Göbək 7-14 gün içində düşür. Düşəndən sonra yerində yüngül bir qanama olması normaldır. Bu vəziyyətdə spirt ilə silə bilərsiniz.
Körpənin yuyunması
Göbək düşdükdən 1 gün sonra çimizdirə bilərsiniz. Göbək düşənə qədər yumşaq bir bezlə körpə dərisinə uyğun bir sabunla silin və daha sonra durulayın. Gün aşırı çimizdirmək lazımdır. Ancaq ağzını, çənəsini və genital bölgəsini tez-tez yaş, sabunsuz, yumşaq bir bezlə silməniz lazımdır. Çimizdirəndə içmə suyu istifadə etmək lazım deyil.
Ancaq cildində yara varsa və ya əməliyyat keçiribsə, qaynamış və ılınmış su istifadə oluna bilər. Bu mövzuda həkiminizin tövsiyələrini nəzərə almalısınız. Suyun istiliyini dirsəyinizlə suya batıraraq test etməlisiniz. Dərini təmiz durulamaq son dərəcə əhəmiyyətlidir. Sabun körpə dərisini təsir edə bilər.
Körpənin dərisinə qulluq
Hər çimizdirəndən sonra krem ​​və ya yağ sürtmək lazım deyil. Körpə dərisi çox həssasdır. Krem və yağlar sürtərək dərinin tərləməsinin qarşısı alınsa, kiçik sızanaqlar və tez əsəbiləşmə tərzində hallar ortaya çıxa bilər. Əgər dərisi qurusa və çatlaqlar əmələ gəlsə, bu zaman körpə losyonu və ya nəmləndiricisini gündə 2 dəfə istifadə edə bilərsiniz. Körpənin dərisi çox quru olarsa, çox suda saxlamayın.
Ardı var...
XƏBƏR LENTİ
"Qoyun" peçenyesi(foto resept)
Prezident sərəncam imzaladı: 8 milyon ayrılsın
Naringili peçenye (foto resept)
"WhatsApp" sevgililərin arasını vuracaq
Təhsil Nazirliyindən virtual dərslərlə bağlı tövsiyələr
Məmurun əlindəki qovluq canlı yayımda rəngini dəyişdi - VİDEO
Azərbaycanda dördəm doğulub
Hamiləlik dövründə körpənizlə danışın
Britni Spirs ərə gedəcək - FOTO
Melanya Trump Helsinkiyə paltoda getdi-FOTO
Gözəl qadın, ağıllı qadın
"O ayran məni şoka saldı"
Azərbaycanda həkim çatışmazlığı var? - RƏSMİ
Dövlət Qulluğuna imtahan verənlərə şad xəbər
Avtobuslarda gedişhaqqını artırmaq istəyirlər
TƏBİB-dən əhaliyə ÇAĞIRIŞ
Arıqlamaq istədi böyrəyini itirdi-FOTO
Yod çatışmazlığı hansı fəsadları törədir?
Sabahın HAVAsı
Ramazanın ilk günü üçün dua, imsak və iftar vaxtı
Məşhur aktyor 6-cə dəfə ata olacaq
Zoğal kompotu (foto resept)
2018-in gəlinlikləri
Hande və Murat EVLƏNİR-FOTO
Hamilə qalmazdan əvvəl uşağını dinləyir
Əsgərə Məktub!
Google-da nə axtarırlar?
Bananın bilmədiyimiz tərəfləri
WhatsApp üçün yeni bir xüsusiyyət daha əlavə edildi
Günün qoroskopu: hadisələrin inkişaf məcrasını müşahidə edin
Kirayə mənzil bazarında durğunluq: səbəb nədir?
AŞPA-nın yaz sessiyası öz işinə başlayır
Deniz Akkaya bu dəfə "qəssab" oldu-FOTO
Azərbaycanlı gəncin qeyri-adi istedadı hər kəsi təəccübləndirdi
Bu gecə göydən ulduz yağacaq
Ramazanın 18-ci gününün duası
Lənkəran düyüsü süfrələrə qayıdır
Peşəkar boksçumuz Moskvadan qələbə ilə döndü
"ASAN xidmət"dən möhtəşəm yenilik
Murat yeni albom yazdırır-FOTO
Günün qoroskopu:Heç kəsi qəlbinizə buraxmayın!
Maksim Şevçenko: “Mən ədalətin tərəfindəyəm” - VİDEO
Kolumbiya gözəllik kraliçasını seçdi-FOTO
Məşhur Bloger Həbs Olundu-SƏBƏB/FOTO
86 yaşlı alpinist QƏRARINDAN DÖNDÜ-SƏBƏB
Azərbaycan cənnəti qışda
DİQQƏT! WhatsApp-da yeni problem var
Günorta yaranan baş ağrılarının səbəbləri
Dua Lipa hər kəsi təəccübləndirdi-FOTO
Günün ulduz falı
- ŞƏRHLƏR