Hicrət - lüğətdə hərfi mənası "bir yerdən başqa bir yerə köçmə, getmə" deməkdir.
1. Məhəmməd peyğəmbərin (s.a.s) 622-ci ildə Məkkədən Mədinəyə köçməsi;
2. Bir müsəlmanın dinini qorumaq, yaşamaq məqsədi ilə İslama düşmənçilik edən ölkədən müsəlman məmləkətinə və ya daha təhlükəsiz yerlərə köçməsi. Hicrət Uca Allah və Onun Rəsulu (s.a.s) üçün olmalı, ilayi-Kəlimətullah qayəsinə xidmət etməlidir.
3. Allahın qadağalarını tərk etmək, günahları işləməmək.
Xəlifə - lüğətdə hərfi mənası "varis, müavin" deməkdir. Allah Rəsulunun (s.a.s) vəkili, bütün müsəlmanların başçısı və hamisi, İslam xilafətinin rəhbəri sayılan şəxslərə verilən yükdək dini ünvan. Dörd böyük Raşidi xəlifəsindən sonra gələn xilafət başçıları da bu ünvanı daşımışdır.
Xof və rəca - lüğətdə hərfi mənası "qorxu və ümid" deməkdir. Allahın əzabından qorxaraq mərhəmətinə ümid bəsləyərək yaşamaq. Xof gənclikdə, rəca yaşlılıqda daha çox olmalıdır. "Qəlbdə daim xof olmalıdır. Əgər xof azalarsa, rəca çoxalarsa, qəlbin müvazinəti pozular." (Əbu Süleyman Darani)
Xüşu - təvazökarlıq. Həya etmək və təvazökar olmaq. Allah qarşısında qorxu ilə qarışıq sevgidən gələn ədəb halı.
Əmri-bilməruf - lüğətdə hərfi mənası "bilinən, bəyənilən, doğru şeyi əmr etmə" deməkdir. Dinin əmrlərini, yaxşılığı öyrətmək və yaymaq deməkdir. "Əmri bilməruf" haqda bir çox hədis var: "Allaha and olsun ki, ya yaxşı əməlləri əmr edib pis işlərdən çəkindirəcəksiniz, ya da Allah sizə yaxında bir əzab göndərəcək, ondan sonra nə qədər Allaha dua edib yalvarsanız da, dualarınıza cavab verməyəcək." (Tirmizi, Fitən 9) "Əmri bilməruf" vəzifəsi söz, yazı və s. vasitələrlə, həmçinin, İslam əxlaqını gözəl təmsil etməklə, başqalarına örnək olmaqla yerinə yetirilir.
Ənsar - lüğətdə hərfi mənası "köməkçilər, yardımçılar" deməkdir. İslamı qəbul etmiş və Peyğəmbərimizin (s.a.s) sədaqətli tərəfdarları və silahdaşları olmuş, əsasən əvs və xazrəc qəbilələrinin mənsubları olan Mədinənin yerli sakinləri. Hicrətdən sonra Allah Rəsulunu (s.a.s), Məkkədən və digər yerlərdən gələn mühacirləri evlərinə qəbul edərək malları, mülkləri, canları və hər şeyləri ilə yardım edən mədinəli müsəlmanlar.
Əqli-səlim - yaxşını pisdən seçib insanı haqq və həqiqət, iman və İslam yolunda sabitqədəm edən ağıl və düşüncə.
Əshabə (Səhabə) - lüğətdə "yol yoldaşı, yoldaş, dost" mənalarını verən "sahib" sözünün cəm formasıdır. Azərbaycan dilində çoxluğu ifadə etmək üçün cəmin cəmi olan "əshabələr" şəklində işlədilir. Allah Rəsulunu (s.a.s) görən, əgər gözləri görmürsə, onunla söhbət edən və mömin kimi vəfat edən müstəsna insanlar. Peyğəmbərimizin (s.a.s) ilk tərəfdarları, köməkçiləri olma səadətinə qovuşmuş səhabələr dövrünün insanları arasından seçilmiş, bəyənilmiş və yüksək məqama layiq görülmüş örnək insanlardır. Hörmət və ehtiram əlaməti olaraq onlara "Allah Rəsulunun (s.a.s) dəyərli yoldaşları" mənasını verən "əshabi-kiram" və ya "səhabeyi-kiram" deyilir. Eyni zamanda səhabələrin adı çəkiləndə bir qayda olaraq "Allah-Təala onlardan razı olsun!" mənasında "radiyallahu anhum əcməin" ifadələri işlədilir.
Əssələmu əleykum və rahmətullahi və bərakətuhu - lüğətdə hərfi mənası "sülh, əmin-amanlıq, Allahın rəhməti və bərəkəti sizin üstünüzdə olsun!" deməkdir. Müsəlmanlar arasında əmin-amanlıq və firavanlıq arzusunun ifadəsi, ən çox bəyənilən və savablı salam vermə şəklidir. Buna cavab olaraq "Və əleykum əssələm və rahmətullahi və bərakətuhu" (yəni, "Sizə də sülh, əmin-amanlıq, Allahın rəhməti və bərəkəti olsun!") deyə verilməlidir.
Fərz - lüğətdə hərfi mənası "borc, vəzifə, tələb, əmr, hökm" deməkdir. Uca Allah tərəfindən Qurani-Kərimdə icra edilməsi qəti əmr edilmiş namaz, oruc, zəkat və s. kimi dini əmrlərdir. Yerinə yetirilməsində savab, üzrsüz səbəbdən tərk edilməsində Uca Allahın əzabı vardır. Fərz iki qismdir: fərzi-ayn, fərzi-kifayə. Fərzi-ayn hər bir müsəlman üçün vacib olan fərzdir. Məsələn, beş vaxt namaz və oruc kimi ibadətlər buna daxildir. Fərzi-kifayə isə bir və bir neçə müsəlmanın yerinə yetirməsi digər müsəlmanları mükəlləfiyyətdən azad edir. Qurani-Kərimi dinləmək, əzbərləmək, cənazə namazı qılmaq bu qəbil fərzlərdir. Əgər belə bir fərzi heç bir müsəlman yerinə yetirməzsə, hamısı buna görə məsuliyyət daşıyar.
Dəccal - lüğətdə hərfi mənası "yalançı" deməkdir. Qiyamətin əsas əlamətlərindən biri sayılır. Qiyamət gününə yaxın bir zamanda zühur edən yalançı, hiyləgər, haqqı batil, batili haqq göstərən, bir gözü kor və zalım bir şəxs. Özünü peyğəmbər elan edən Dəccal hər kəsin imanını pozmağa çalışacaq və tabe olmayanlara zərər verəcəkdir. Məkkə və Mədinə istisna olmaqla ayağı dəyməyən yer qalmayacaq. Dəccalın böyük fitnə və bəla olduğunu xəbər verən keçmiş peyğəmbərlər ümmətlərini onun şəri, zərəri barədə xəbərdar etmişdir. Allah Rəsulu (s.a.s) da qiyamətə yaxın dövrdə bir çox fitnələrin zühur edəcəyini və bunların ən qorxuncunun da Dəccal olacağını bəyan etmişdir.
Əhli-kitab - lüğətdə hərfi mənası "Kitab əhli" deməkdir. Uca Allahın kitab nazil etdiyi peyğəmbərlərin ümməti. Bir qayda olaraq kitab əhli deyəndə xristianlar və yəhudilər nəzərdə tutulur.
Əhli-Suffə - lüğətdə hərfi mənası "Suffə əhli" deməkdir. Mədineyi-Münəvvərədə qohum-əqrəbası, evi olmayan, Peyğəmbər məscidinin "suffə" adlanan üstü xurma budaqları ilə örtülmüş hissədə qalan səhabələr. Buna görə onlara "Suffə əhli" deyirdilər. Suffə əhli ömrünü dinə, elmə həsr etmiş səhabələr idi. Bir növ məktəb olan Suffə əhli yazı yazmağı, Quran oxumağı öyrənir, hafiz və hədis ravisi kimi yetişirdilər. Burada yetişən səhabələr müəllim kimi yeni müsəlman olmuş qəbilələrə göndərilirdi. Bir çox fəzilətlərə sahib suffə əhli sözün həqiqi mənasında böyük bir ürfan ordusu idi. Peyğəmbərimiz (s.a.s) onları çox sevər, onlarla oturub söhbət edər və birlikdə yemək yeyərdi.
XƏBƏR LENTİ
190 manat veriləcək - Nazirdən açıqlama
Ümidləri puç olan müştərilər
Koronavirusun daha bir fəsadı aşkar edildi
Bakıda 47 qanunsuz stomatoloji kabinet aşkarlandı
Dəcəl Qadın.Net xanımları (2)
"Honkonq qripi"ndən artıq ölən var
Kağızdan əl işləri
"Dünya gözəli-2018" O oldu-FOTO
Sakit okeanı ilk dəfə avarla keçib
Azərbaycanda avtomobil idxalı azaldı
Məşhurlar dünən və bu gün
8 May-Şuşanın işğalı günüdür!
Billi Aylişin anası qızının qeyri-adi asılılığından danışdı - VİDEO/FOTO
Günün ulduz falı - 10.09.2013
Çimərlik geyimləri
Yaşları ilə görünüşləri üst-üstə düşməyən məşhurlar
Ərəb ölkəsində nikahdankənar yaşamağa icazə verildi
Ramazanın 17-ci günü: dua, imsak və iftar vaxtı
Quru dərilər üçün təbii nəm maskası
Bələdiyyə başçısının zarafatı sosial şəbəkədə müzakirə olundu
Twitter yeni şirkət alır
Lobyalı şorba
Seda Sayanın ayağına taxdığı saat gündəm oldu
Özümüzü tanıyırıqmı?
Bu tarixdə toy etməyin
Fatih Terim koronavirusdan tam sağaldı
Bakıda avtobuslarla bağlı daha bir yenilik
Çörəyin içərisindən sümük çıxdı - VİDEO
Dəbdəbəni sevən xanımlara
Ehtiyatlı olun! Sizi izləyirlər
11 il gizlədilən cinayətə görə 11 il həbs cəzası
Mart ayında HAVA necə olacaq?
İdeal bədən quruluşuna sahib modeldən AÇIQLAMA
Uşağa şəxsiyyət vəsiqəsi verilmir – SƏBƏB
Ermənilər Xankəndidən niyə əl çəkmir? - VİDEO
Azərbaycanda 40-dan çox orta təhsil müəssisəsi ləğv olundu - SİYAHI
Ev həsrətində olanlara şad xəbər
Bişmiş kəsmiklə qızardılmış çörək(foto resept)
"Maqnit adam" yeni rekordlara imza atdı
Türkiyənin yeni baş naziri bəlli oldu
Ermənilərdən şok etiraf
Ruslar niyə narahatdırlar?
Azərbaycanda hava şəraiti dəyişəcək
Maya maskası və faydaları
Bred Pitt və Ancelina Colinin qızlarının inanılmaz dəyişimi - FOTO
Bakılı sürücülər üçün xoş xəbər
Ceki Çan ölümlə üz-üzə
Paris moda həftəsində məşhurlar
Beyin üçün ən zərərli 3 qida
Alla Puqaçovanın 28 milyonluq evi-FOTO
- ŞƏRHLƏR