Aybaşı
|
Bu gün aybaşın başladı. |
Konsepsiya (uşağa qalma)
|
Konsepsiya (uşağa qalma). |
1-ci həftə
|
Əlbətdə bu hələ ki hamiləlik deyil, çünki sizdə bu müntəzəm aybaşı qanamasıdır. Lakin siz istəsəniz və ya istəməsəniz də, orqanizminiz ana olmağa hazırlaşır.
|
2-ci həftə
|
Qadınlar çox vaxt aybaşı arasındakı dövrün ortalarında hamilə qalırlar. 14–cü günündə. |
3-cü həftə
|
Gübrələnmədən bir neçə gün sonra uşaqlığın içəri divarına rüşeym əlavə olunur. Siz indi rəsmən hamiləsiniz.
|
4-cü həftə
|
Siz indi testdən istifadə edə bilərsiniz, lakin çoxda etibarlı deyil, çünki çox az dövr keçib. |
5-ci həftə
|
Ola bilsinki siz hamiləsiniz, axı hamiləlik gübrələnmədən 2-3 həftə sonra bilinir. Birinci şübhə, çünki aybaşınız gəlmədi. |
6-cı həftə
|
Bir çox qadınlarda hamiləlik kefsizlik və ürək bulanması ilə özünü biruzə verir. Lakin hamiləliyin birinci həftəsində siz heç bir narahatçılıq hiss edə bilməzsiniz. |
7-ci həftə
|
Gübrələnmədən beş həftə sonra yumurta uşaqlığın divarına bərkiyir. Adətən uşaqlıq rahatdır: bu müddətdə həkimlər hamiləyə kresloda baxmırlar. Ürəkbulanma və toksikozun digər təzahürləri hiss edilməyə başlayır.
|
8-ci həftə
|
izin uşaqlığınız böyməyə başlayır, lakin gözə çarpmır.
Onu sizin həkiminiz aydınlaşdıra bilər və siz özünüzdə hiss edə bilərsiniz, çünki zamanla paltarlarınız darlaşmaga başlayır.
|
9-cu həftə
|
Sizin fiquranızdan demək olmazki siz hamiləsiniz. Qanınızda elədə yüksək deyil xronik hormon, lakin siz artıq hiss edirsiz dəyişikliyi: dəriniz hamarlaşıb və düzdür, baxmayaraq ki ləkələrin də olması istisna deyil.
|
10-cu həftə
|
Zamanla hormonun səviyyəsinin artması, sizin əhval-ruhiyyənizə və saglamlığınıza təsir edir. Həyəcanlanma və əhval-ruhiyyəsizlik müşahidə edilir.
Fiziki cəhətdən- siz kilolar almağ başlayırsınz, qalxanvarı vəz bir az böyümüşdür.
|
11-ci həftə
|
İndi siz daha çox kalori sərf edirsiniz,nəinki hamiləliyə qədər: maddələr mübadiləsi 25% artıb. Qan dövranıda artır. Siz içəridən istilik hiss edirsiniz və çoxlu su içirsiniz və davamlı tərləyirsiniz.
|
12-ci həftə
|
Sizin uşaqlığınız təqribən eninə 10 sm böyüyüb.
Ona uşaqlıq darlıq edir və o yuxarı qarın boşluğuna qalxmağa başlayır.
Ultrasəs aparatından istifadə etsəniz , həkiminiz sizə doğuş vaxtının nə vaxt olduğunu deyə bilər.
|
13-cü həftə
|
Hazırki vəziyyətinizdə sizin qanınızda lazımı qədər hormon var və buda hamiləliyinizə məhsuliyyətlidir. Tezliklə sizi səhər ürəkbulanmaları nərahat etməyəcək, əsəbi olmayacaqsınız. Uşaqsalma qorxusu daha sizi tərk edəcək. Viruslu xəstəliklərə xüsusilə diqqətli yanaşmağınız məsləhətdir.
|
14-cü həftə
|
Siz hamiləliyin ən yaxşı zamanını, ikinci üç aylıq dövrünə daxil olmusunuz. İndi siz özünüzü daha enerjili hiss edəcəksiniz, sizin uşaqlığınız hər həftə böyüyür. Bu sizində nəzərinizə çarpacaq, o zaman ki qarnınız qalxmağa başlayacaq. Əgər uşaqlığın dibi (onun yuxarı hissəsi) əvvəl kasık sahəsidə idisə , indi o göbəyinizin yanındadır.
|
15-ci həftə
|
Əgər ehtiyatla qarnınıza toxunsanız, hiss edəcəksinizki, uşaqlığın yuxarı hissəsi(dibi) təqribən 7,5 sm göbəyinizin aşağısındadır. Hormonların təsirindən saçtökülməsidə müşahidə edilə bilər bu dövürlərdə.
|
16-cı həftə
|
Sizin uşaqlığınız genişlənməyə başlayır, içəridəki rüşeymin rahatlığı üçün. Dölətrafı mayenin həcmi bu dövürlərdə təqribən 250 ml-dir.
|
17-ci həftə
|
İçəridəki rüşeyim sürətlə inkişaf edir, ətənədə (cift) ondan geri qalmır. Əgər bu birinci həftədə nazik qabıqlıdırsa, doğuşun sonunda 2,5 sm qalınığında və 480 qr çəkidə olur.
|
18-ci həftə
|
Əgər bu sizin ilk hamiləliyinizdirsə, 18-ci həftə sizin üçün həyəcanlandırıcıdır, bu dövürdə uşaq tərpənməyə başlayır. Bəzi gənc analar, bu sevinci hamiləliyin 19-20 ci həftəsində hiss etməyə başlayırlar, əsasən də əgər onlar artıq kilo almışlarsa.
|
19-cu həftə
|
19-cu həftənin ən başlıca naliyyəti - beyinin inkişafıdır. Uşağın böyük görnüşlü başı- uşağın inkişafında beyin oynadığı ən əhəmiyyətli roldur.
|
20-ci həftə
|
Döllənmədən 18 həftə keçib və sizin hamiləliyiniz artıq nəzərə çarpır. Belinizin incəliyi hiss olunmur, qarnınız yumrulaşıb. Uşaqlığın yuxarı hissəsi – göbəkdən az aşağıdır.
|
21-ci həftə
|
Uşağın qanında, qırmızı qan hüceyrələri yüksək səviyyədədir, infeksiyanın qarşısını almaq üçün ağ qan hüceyrələridə inkişaf etməyə başlayır. Dilində dad hiss edici tumurcuqlar əmələ gəlməyə başlayır.
|
22-ci həftə
|
Əvvəlki həftədə olduğu kimi sizin qanınız həcmi plazmanın hesabına artır. Plazma – bu qanın maye komponentidir. Buna görədə hamilələrin çoxunda fizioloji anemiya var.
|
23-cü həftə
|
Baxmayaraqki uşaq sürətli dərəcədə piy yığır, lakin hələdə qırmızı və bürüşmüş görsənir. Bu ona görə belədir ki dəri örtüyü tez inkişaf edir, nəinki dərinin altı, ona görədə dəri qırışıq və sallaq görünür.
|
24-cü həftə
|
Artıq çəki özunu göstərməyə başlayır. Başağrısı, sidik kisəsi problemləri, ayaqlarda ağırlıq, halsızlıq, burdan başlayır.
|
25-ci həftə
|
Sizin uşaqlığınız indi futbol topu boyda böyüyüb və böyüdükcədə darlıq edir.
|
26-cı həftə
|
Bu həftədə uşaq artıq gözlərini az-az açıb yumur. Bu vaxta kimi onlar inkişaf edirdilər, indi bütün göz qatları necədirlərsə , doğuş zamanıda eyni olacaqlar.
|
27-ci həftə
|
Bu həftədən uşağın yaşama şansı 85% dir, əgər vaxtından əvvəl dogularsa. Yəni uşaq bu dövürlərdə yaşama qabillyyətinə malikdir. Hamiləliyi axıra kimi daşımağa bütöv 13 həftə qalır. Uşaq hələ tam inkişaf etməyib, ona görədə uşaq vaxtından əvvəl doğulduqda, bir çox problemlərlə üzləşirik ki , onları da mütləq həll etməliyik.
|
28-ci həftə
|
Əgər uşaq bu həftədə doğularsa, o hüquqi tərəfdən şəxs kimi qeydə alınacaq. Beyinin örtüyü tam bərkiməmişdir, lakin beyin hələdə böyüməkdədir. Başdakı saçlar uzanır.
|
29-cu həftə
|
Bu vaxtlarda döşdən (molozivo-bulama) birinci süd gəlir. Bu yapışqanvari su ilə süd qarışıq bir mayedir ki, dünyaya gəlmiş uşağın ilk yeməyi olacaq.
|
30-cu həftə
|
Çəkinizin artması ilə əlaqədar olaraq , sizin hərəkətləriniz yavaşımağa başlayır. Yadınızdan çıxartmayın düzgün yeriməyi və oturmağı, yataqdan qalxmazdan əvvəl yana çevrilib sonra durmaq lazımdır. Çəkinin artması ilə əlaqədar olaraq bəzən beldə ağrılar hiss olunur.
|
31-ci həftə
|
Hamiləliyin son həftələrdə isə beldəki ağrılar davamlı olacaq, ona görəki , indi belin əzələləri istirahət edir, yumşalır və doğuş prosesinə hazırlaşır.
Ayaqlarınızda damar genişlənməsidə müşahidə oluna bilər.
|
32-ci həftə
|
Hamiləliyin son mərhələlərində, uşaq ətrafında nə baş verdiyini eşıdir. O sizin ürək döyüntülərinizi eşıdir,göbəkdən axan qanın səsi ilə tanışdır.
|
33-cü həftə
|
Bu zamana kimi uşaq artıq başı aşağı çevrilmişdir: o doğulmağa hazırlaşır. Sizin həkiminiz uşağın doğuş kanalındaki nisbi duruşunu sizə deyəcəkdir.
|
34-cü həftə
|
Sancılar daha müntəzəm olurlar. Bu sancıya bənzər ağrılar, uşaqlığın yuxarı hissəsindən başlayıb aşağı hissəsində azalır.
|
35-ci həftə
|
Bu həftədə uşağın dırnağı artıq barmaqlarının ucuna kimi uzanır.Uşağın doğulduğu gün , ola bilərki onun dırnağı uzun olsun. Doğuş zamanı uşağın üzündə cızıqlar ola bilər, buda ondan irəli gəlirki uşağın yeri darlaşıb və əl-qol atarkən üzünü cızıb.
|
36-cı həftə
|
Uşağın sifəti hamarlaşıb və ətli yanaqları var bu dövürdə. Bu dərialtı piyin olmasından və körpənin ana bətnində olarkən davamlı barmağının sorduğundan üz əzələlərinin şişməsindir.
|
37-ci həftə
|
Bu həftədə və ya az sonra uşağın başı aşağı düşür və siz bir az yüngüllük hiss edirsinizki, buda daxili orqanların təzyiqinin zəifləməsindən irəli gəlir.
|
38-ci həftə
|
Axır həftələrdə uşaq bağırsağında tullantılar yığılır. Bu yaşıl-qara rənglı mayedir (mekoni). Tərkibi: ana bətnində olduğu müddətdə udduğu maye, bağırsağındaki olmüş kletkalr və sairə komponentlərdən ibarətdir.
|
39-cu həftə
|
Uşaqlıq boynu qısalır və açılır, sidik kisəsi çox güclü təyziqdədir. Doğuşa yaxın bir az əsəbi ola bilərsiniz.
|
40-cı həftə
|
Doğuşu gözləyərkən sakit olmağa çalışın. Doğuş sancıları başlayanda düzgün nəfəs almanı unutmayın. Və ümüdvar olunki yanınızdaki yaxınlarınız sizin harda və necə doğacağınızdan xəbərdardılar.
|
41-cü həftə
|
Əgər körpə əvvəlki kimi matkadadırsa, demək hələdə kilo alır və “narahatdırki hələ doğulmayıb”. Yox əgər körpə doğulubsa, o yeni həyatı ilə uşaqlıqdaki həyatının fərqini hiss edir
|
42-ci həftə
|
Hamilələrin 10 % 42 ci həftəyə kimi gəlirlər. Əgər sizdə bu siyahıya düşürsünüzsə, nərahat olmayın. Ola bilərki sizin hamiləliyinizin zamanı düzgün hesablanmayıb, yəni siz təbiətin müəyyən etdiyi qrafiklə gedirsiniz. Buna baxmayaraq həkiminizlə danışın. |
43-cü həftə
|
Uzun hamiləlik. |
Doğuş
|
Doğuşun təxmini tarixi
|