Bakıda hava 27°
USD 1.7000 AZN
EUR 1.9478 AZN
16:33aysel hesenli Qizlar salam necəsiz 16:09Sima hello millet necesiz 11:34PERI cox sagolun xeyale xanim sizle bahem 08:42Xəyalə Murad Yeni həftə hər birinizə uğur gətirsin! 08:41Xəyalə Murad Sabahınız xeyirli,gününüz aydın olsun,Əziz Qadin.Netlilər!
40771

Hüquqşunas məsləhəti

Hüquq - pozitiv və normativ hüquq nəzəriyyəsinə görə ictimai münasibətləri tənzimləyən, dövlətin müəyyənləşdirdiyi və sanksiyalaşdırdığı, dövlət tərəfindən qorunan, ümumməcburi davranış qaydalarının məcmusu, liberal hüquq nəzəriyyəsinə görə isə hər bir şəxs üçün bərabər azadlıq və ədaləti özündə nəzərdə tutan norma və qaydaların məcmusudur.
"Hüquq" sözü ərəbcədən "haqq" sözünün çoxluğunu ifadə edir.

Hörmətli istifadəçilər!
Bir çox məqamlarda yaranan problemlərin səbəbi insanların öz hüquq və vəzifələrini bilməməsidir. Bəzi hallarda isə, kimlər üçünsə sıradan səslənən bu sözlər böyük problemlərə səbəb olur.
Bölmənin yaradılmasında məqsəd Azərbaycan Respublikası Qanunvericiliyi ilə bağlı suallarınızn cavablandırılması, paytaxt və regionlarda hüquqlarını bilməyən və bu səbəbdən çıxılmaz vəziyyyətdə qalmış insanların problemlərinin həllində yardımçı olmaqdan ibarətdir.

Suallarınızı Dövlət Qulluqçusu, hüquqşünas Murad Kərimov cavablandıracaq.

Diqqət! - Suallarınızı təkrarən yazmağa ehtiyac yoxdur! Həmçinin eyni sualı müyyən vaxt keçdikdə belə təkrarən yazmayın! Sualı yazmamışdan əvvəl, "sual arxivinə" nəzər salın.
Zəhmət olmasa, etik qaydalar çərçivəsində hərəkət edin! Əks halda bir daha bu xidmətdən istifadə hüququnuz olmayacaq!
Diqqətinizə görə təşəkkür edirik! 

Haqqın hər zaman sizin tərəfinizdə olması diləyi ilə...

Səslərin sayı: 40
402
99621
Şərhlər
Offline
Murad Kərimov
Nermin,
Salam xanim eger ev sizin mulkiyyetinizdedirse bele olan halda mehkemeye shexsin menzile olan huququna xitam verilmesi ve menzil qeydiyyatindan cixarilmasi telebile iddia qaldirmalisiniz. etafli melumat bilmek isteseniz 070 332 42 52 menim nomremdi
19 mart 2014 01:02
Offline
Nermin
Salam Murad bey.size bir sualla muraciet etmek isteyirem, biz bu yaxinlarda ev almisiq,qeydiyyatda olan sexslerden biri rusiyada yasayir.bize xeyli vaxtdir deyirler ki, gozleyin,gozleyin...biz de deyirik ki, atasi gotursun onu oz ustune,deyir ki, bura gelmese mumkun deyil.bu yaxinlarda da gelmesi gozlenilmir.olar mi ki, ordan etibarname gondersin, ve burda onu basqa unvana qeydiyyata salsinlar?ve yaxud yegane yol kimi mehkeme qalirsa ora biz muraciet etmek isteyirik.sadece olaraq gedisati deqiq bilmediyimiz ucun size muraciet etmisik.rusum haqqindan tutmus her bir addima qeder bizi aldatmalarindan narahatiq.bu is nece olur bunu qisaca melumat verseniz size minnetdar olaram.
18 mart 2014 13:45
Offline
Murad Kərimov
aytac aytac,
salam bele olan halda yaxsi olarki siz oz sinif rehberinize bu haqda melumat veresiniz.

Ləman Hüseynova,
Salam siz eger yaxsi geyinmeyi sevirsnizse burda qebahet hecne yoxdu.Hesab ediremki size ele deyenler sizin kimi gorune bilmek isteyenlerdi

zulfiyye esgeova,
Salam xanim eger kecmis heyat yoldasinizin heyat terzi ve exlaqi usaginizin inkishafina her hansi menfi tesir gosterirse ve gelecekde gosterilmesini subut ede bilersinizse beli bele olan halda mehkemeye muraciet edib usaqla atasinin unsiyyet huququnu mehdudlasdira bilersiniz.

Gülay,
Salam xanim siz soy adinizi deyismek ucun sizin 18 yasiniz tamam olmalidir.Siz soyadinzi deyismek ucun yasadiginiz erazi uzre qeydiyyat sobesine ( zaks idaresi) muraciet etmelisiniz.Lazim olan senedler bunlardir.
1. ərizə verən şəxsin doğum haqqında şəhadətnaməsi;
2. ərizə verən şəxs nikahdadırsa, nikah haqqında şəhadətnamə;
3. ərizə verən şəxsin nikahı pozulmuşdursa, nikahın pozulması haqqında şəhadətnamə;
4. ərizə verən şəxsin yetkinlik yaşına çatmayan uşaqları vardırsa, onların doğumu haqqında şəhadətnamələr;
5. şəxsiyyətini təsdiq edən sənədin notariat qaydasında təsdiq olunmuş surəti;
6. ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin və ya hərbi biletin notariat qaydasında təsdiq edilmiş surəti;
7. ərizə verən şəxsin 3x4 sm ölçüdə 2 ədəd fotoşəkli;
17 mart 2014 01:24
Offline
HACIYEVA SABINA
Salam,Murad bəy.Bir qohumum ailə qurub Rusiyaya gəlin köçdü.Orada onunla pis rəftar etdilər deyə 2il sonra atası gedib qızı gətirdi.ogələndə 1yaşlı qızı orda qaldı,gətirmək üçün uşagın atası icazə kagızı vermədi.Artıq 1ildir ki,qız valideynləri ilə bir yerdə yaşayır.Onu valideynlik hüququndan məhrum edə bilərlər?bBu halda o nə etməli,hara müraciət etməlidir?Sag olun.
12 mart 2014 21:32
Offline
Gülay
Salam Murad bəy.Mənim sualım belədi mən soyadımı dəyişmək istəyirəm bunun üçün hara müraciət etməliyəm.Birdə Soyadını dəyişmək üçün nələr tələb edilir?
10 mart 2014 17:44
Offline
zulfiyye esgeova
Salam murad muellim. size bir sualim var. xahis edirem menim sualima cavab veresiz. 5 ildir ayrilmisam, ovladim 8 ayliq olanda qaynata evinden cixmisam gelib ayrilmisam. 1 ilden sonra esitdim ki kecmis heyat yoldasim narkotik ustunde tutulub. tutlmamisdan evvel bosanmamiz olanda o da iddia qaldirmisdi ki, usaqla gorusmeye icaze vermirler. halbuki gorurdu usaqi amma onda hele bosanmamisdim bosanmaya erize vermisdim. indi de esitmisem ki cixacaq, o usaqi gormeye gelse menim ixtiyarim var ovladimi ona gostermemeye? men hansi iddiani qaldira bilerem? bosanan zaman mehkeme dedi ki, aliment ver usaqina yoldasim dedi ki imkanim catmir aliment vermeye anamin pensiyesi ile dolaniram menim imkanim catmir mende dedim allah seni de vurub senin pulunuda. aliment kesilmedi. men onu ataliqdan mehrum eletdire bilerem. 5 ilde bir corap bele almayib onlar teref. onarin haqqi catir bu usaqa. 14 yasinda iddia qaldira biler onlar? xahis edirem menim suallarima cavab veresiz. cox saq olun.
9 mart 2014 17:31
Offline
Elvida
SALAM sizin mene komeyiniz lazimdir xahis edirem sualimi cavablandirin.Men mektebe yaxsi geyinib gedende qizlar deyir kimin ucun geyinibsen amma men ne qeder desemede ele bele inanmirlar ne cavab verimki onlari baglayim..her zaman basa vururlar
7 mart 2014 13:41
Offline
aytac aytac
Salam.bagislayin narahat edirem.sizin komeyiniz lazimdi mene xahis edirem men mektebliyem sinif mene yoldaslarim meni exlaqsiz deyib herleyirler bagislayin men ne etmeliyem hemde sebebsiz yere.mene komek eleyin!
6 mart 2014 14:54
Offline
Murad Kərimov
arzu ismayilova,
Xeyr hecne ede bilmez

Sunaida,
Salam! Xanim eger evin mulkiyyetcisi yoldasinizin bibisi ogludusa ve bu huquq DEDRX-de resmilesdirilibse sizin onu hec bir halda o evden cixara bilmersiniz.Qaldiki sizin qeydiyyatiniza mutleq qaydada evin mulkiyyetcisinin raziligi olmalidir.qeydiyyata dusmekle bagli her hansi rusum nezerde tutulmuyub
6 mart 2014 00:16
Offline
Sunaida
Salam Murad bey.men 10 ildir aile qurmusam.yoldasim rayon qeydiyyatinda,men ise seher qeydiyyatindayam.gelin kocduyum ev ise baki seherindedir.ev yoldasimin bibisi oglunun adindadir.indi biz ora cox asan 1 yolla nece qeydiyyata duse bilerik her ikimizde?ve bibioglunu nece cixarda bilerik?bagislanma yolu biri deyir here 1 soz.huqui terefii xahis edirem anecedir?bize deyirler bu cox cetin prosesdir bele ki,boyuk mebleg teleb edir.bunun en rahat yolu necedir ve ucuz basa gelecek yeni eslinde dovlet rusumu nedir bu barede?
5 mart 2014 22:35
Offline
Nergiz Qasimli
salam murad bey

Menim yoldasimin anasina verilen pay torpaq var biz hemin torpaqda ev tikdire bilerikmi? birde bunun icazesini almaq mumkundurmu?

salam Murad bey.
Bir sualimda odu ki,menim yoldasimin atasi ve anasi bu korpe olanda ayriliblar. Atasi buna aliment bele vermiyib. Indi atasindan tezminat olaraq nese istemeye huququ var?
4 mart 2014 18:04
Offline
arzu ismayilova
Salam. Mənim bibim rəhmətə gedəndə evi bacısı oğluna vərəsə edib və hal-hazırda oğlan ailəsi ilə o evde yaşayır evide adına keçirdib həyat yoldaşıda orada qeydiyatdadı.Dayısı o evden imtina erizesi yazmışdı. İndide gelib ki o evden mene pay düşür evi boşalt satıram. seni mehkemeye verib evi alacam. Həqiqətən evi ala biler? çox sağ olun
28 fevral 2014 15:13
Offline
AYKA
Salam Murad bey sualim beledi men xaricde yasayiram uwaqim olanda burda usaqa mitirqa almaq ucun ne lazimdi nigahim var
28 fevral 2014 10:19
Offline
Murad Kərimov
xelilova nezrin,

Azərbaycan Respublikasının ərazisində yaşayan və müraciətdən əvvəlki son 1 il ərzində orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətli olmaması, ailənin əmək qabiliyyətli üzvünün Baş Məşğulluq İdarəsinin yerli orqanında işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr dövlət büdcəsinin vəsaiti hesabına ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində sosial yardım almaq hüququna malikdirlər. 2014-cü il üçün ehtiyac meyarı 100 manat müəyyən edilib.

Ailədə adambaşına düşən gəlir 100 manatdan azdırsa, bu ailə ünvanlı sosial yardım almalıdır. Ailədə əmək qabiliyyətli şəxslər varsa, lakin onlar üzrsüz səbəbdən işləmirlərsə, onlara ünvanlı sosial yardım ödənilmir.

Sevgi_94,
Salam xanim sizin goturduyunuz mezuniyyet analiq mezuniyyei yox usaq 3 yasina catanadek ona qulluq etmeye gore odenilen qismen odenisli sosial mezuniyyetdir.sizin DSMF de sigorta ucotunuz varsa bu odenis size DSMF terefinden odenilecek.Bu mebleg usaq yas yarimima catana qeder 30 manat ondan sonra ki dovr ucun 15 manat teskil edecek
26 fevral 2014 01:55
Offline
Sevgi_94
Salam Murad muellim.menim sualim analiq mezuniyyeti barededir.men bilmek isterdim ki,3 il muddetine goturulmuw analiq mezuniyyeti haqqi nece hesablanir ve bu odeniw iwlediyimiz wirket terefinden ya DSMF terefinden odenilir?evvelceden tewekkurler
23 fevral 2014 13:29
Offline
xelilova nezrin
Salam murad bey men aileliyem 1 usagim var ne yoldasim ne men islemirik ama qaynatamin adina kicik bir dukan var cox kicik men bilmey isterdimki bize sosial yardim dusurmu?ne senedleri toplamaliyam?onceden tesekkurler
21 fevral 2014 18:19
Offline
allahin qulu
Cox sagolun murad bey melumatlandirirsiz bizleri hec bir manat bele almiriq amma gedirsen idareye deyirler illa ki,adina ya torpaq sahesi yada ev olsun basa sala bilmirsen ki yoxdurda neyse cox sagolun
21 fevral 2014 14:52
Offline
nura
Salam.bagislayin bir de narahat edirem,ev rehmete getmis babamin adinadi.atam,bacilari ile birge qeydiyyatdadi.
21 fevral 2014 00:06
Offline
Murad Kərimov
allahin qulu,
Salam xanım!
"Ünvanlı dövlət sosial yardımı haqqında" Qanuna əsasən, sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün müvafiq icra hakimiyyəti orqanında işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər.
Əgər xanım sizin ümumi ailə gəlirləriniz adam başına 100 manatdan azdırsa bəli sizin ailəyə ünvanlı sosial yardım düşür

нура,
Salam xanim. Eger evin mulkiyyecisi atanizdirsa ve onun mulkiyyet huququ dovlet terefinden taninibsa bele olan halda evde olanlarin evden pay almaq huququ yoxdur.Eger ev ozellesdirilen zaman qeydiyyatda olanlarla her hansi notarial qaydada razilasma yoxdursa bele olan halda ataniz evde olanlari mehkeme qaydasinda evden cixarda biler.Bu onun mulkiyyetci huququdur
20 fevral 2014 00:40
Offline
nura
Salam Murad bey.qaynanam,qaynatam ve yoldasim menim atamin evinde yasayiriq.isiq,qaz,telefon yoldasimin adinadi,amma qeydiyyati yoxdu evde.onlar atamdan bu eve gore nese teleb ede bilerler? 2008-ci ilden burda yasayirlar.atam bizi cixarmaq isteyir,onlarsa temir etdikleri ucun temirin pulunu isteyirler.qanunla bu meseleni nece hell ede bilerik.5yasinda 1 oglum var.qaynanam deyirki eger bosansaz evin temirinin pulunu istemirem.hesab ediremki neveme bagisladim.zehmet olmasa mene meslehet verin.ozlerine ev almaq fikirleri yoxdu.
17 fevral 2014 11:42
Adıniız:*
E-Mail:
ıifrə: *
Son şərhlər
loading...
Son yazılar
Hansı fəsili daha çox sevirsiniz?
Yaz
Yay
Payız
Qış